“Azərbaycana Çin və Hindistandan gələn turistlərin sayı artır”

Bunu Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev deyib. O, bildirib ki, Çin və Hindistanın turistləri Azərbaycan ilə çox maraqlanırlar: "Ordan Azərbaycana gələn turistlərin sayı getdikcə artır. Həmin ölkələrdən cəlb ediləcək turistlərin sayının artırılması üçün müxtəlif təbliğat işləri aparılır, Azərbaycan nümayəndələri beynəlxalq sərgi və konfranslarda iştirak edirlər".

A.İsmiyev əlavə edib ki, son 2-3 ildə ərəb ölkələrindən Azərbaycana gələn turistlərin sayı artıb və bu artım ilbəil davam edir.

Nazirlik rəsmisi onu da qeyd edib ki, hazırda Azərbaycanda mehmanxanalar üçün halal turizm standartlarının tətbiqi məsələsinə də baxılmaqdadır: "Halal turizmin standartlarına dair sənədlər baxılması üçün dövlət qurumlarına verilib".

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında