Bu gün Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi açılır

Ümumdünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili sərginin açılışında iştirak edir.

Bakıya səfəri  çərçivəsində Zurab Pololikaşvilinin mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə, habelə digər dövlət rəsmiləri ilə yüksək səviyyəli görüşlərin keçirilməsi nəzərdə tutulur.

Görüş zamanı Azərbaycan və Ümumdünya Turizm Təşkilatı (ÜTT) arasında turizm sahəsində qarşılıqlı əməkdaşlığın inkişafı və genişlənməsi məsələləri müzakirə ediləcəkdir.

Eyni zamanda, Ümumdünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili ölkəmizdə turizm təhsilinin dünya standartları səviyyəsinə çatdırılması istiqamətində həyata keçirilən  işlərlə tanış olmaq məqsədilə Azərbaycan Turizm və Menecment Universitetini ziyarət edəcəkdir.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında