Naxçıvan Bölməsinin Əlyazmalar Fonduna qədim çap kitabı və əlyazmalar daxil olunub

AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fonduna Azərbaycan dilində ərəb əlifbası ilə çap olunan 9 qədim çap kitabı və əlyazma daxil edilib.  www.science.gov.az saytının məlumatına görə, yeni əlyazmalar Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən əldə olunaraq fonda hədiyyə edilib.

Bu münasibətlə təşkil olunan tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev muxtar respublikada qədim əlyazma və çap kitablarının toplanması istiqamətində görülən işlərdən danışıb. O, 10 ildən artıqdır fəaliyyət göstərən Əlyazmalar Fondunda əlyazmaların toplanması, sistemləşdirilməsi, kataloqlaşdırılması, qorunması və tədqiqi işlərinin həyata keçirildiyini bildirib.

Sonra Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm naziri Natəvan Qədimovabölmənin Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov, Əməkdar mədəniyyət işçisi Akif Hacıyev, Ordubad rayon sakini Züleyxa Cəfərova çıxış edərək milli dəyərlərimizin qorunması və inkişaf etdirilməsinin vacibliyindən danışıblar.

Sonda tədbir iştirakçıları Əlyazmalar Fondunda mühafizə olunan əlyazmalarla tanış olublar.

                                                                             Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında