Kanadalı alim nüfuzlu Abel mükafatına layiq görülüb

Bu il “Riyaziyyatçılar üçün Nobel mükafatı” adlandırılan nüfuzlu Abel mükafatına kanadalı riyaziyyatçı, ədədlər nəzəriyyəsi və həndəsəylə bağlı Lenqlends proqramının müəllifi Robert Lenqlends (Robert Langlands) layiq görülüb.

Qeyd edək ki, R.Lenqlends ABŞ-ın Prinston Universitetinin Perspektivli Tədqiqatlar İnstitutunun fəxri professorudur. Alim tərəfindən 1967-ci ildə həyata keçirilən tədqiqat işlərinin mahiyyəti ədədlər nəzəriyyəsi və riyaziyyat elminin iki ayrı sahəsi olan təsəvvürlər nəzəriyyəsi arasında əlaqələrin müəyyən edilməsindən ibarətdir.

www.science.gov.az saytının məlumatına görə, mükafatın təntənəli təqdimetmə mərasimi 2018-ci il mayın 22-də Osloda keçiriləcək.

 

 

                                                        Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında