Anar Məmmədxanova həsr olunur…

Beynəlxalq Muğam Mərkəzində “Anar Məmmədxanov. Kapitanın taleyi” adlı kitabın təqdimatı olub.  Kitabın müəllifi Milli Məclisin deputatı Elmira Axundovadır. Tədbirdə Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, səfirlər, kütləvi informasiya vasitələrinin, ictimaiyyətin nümayəndələri iştirak ediblər. Xatırladaq ki, tədbir “Bakılı oğlanlar” komandasının mərhum kapitanı Anar Məmmədxanovun vəfatının ildönümü ərəfəsində baş tutub.

Tədbirdən öncə Anar Məmmədxanovun həyat yolu barədə videoçarx nümayiş etdirilib.

Tədbirin aparıcısı, “Bakılı oğlanlar” komandasının sabiq üzvü Murad Dadaşov Anar Məmmədxanov haqqında belə bir kitabın nəşrinin onu sevənlər üçün böyük hədiyyə olduğunu söyləyib.

Elmira Axundova təqdimat mərasimində çıxış edərək Anar Məmmədxanovla bağlı nəşr edilən dördüncü kitabdır. O deyib: “Mən Anar Məmmədxanov haqqında yazılan əvvəlki kitabları oxudum, onunla bağlı araşdırma apardım və sonda bu kitabı yazıb ərsəyə gətirməyi özümdə bir ehtiyac hiss etdim. Əslində bu kitab təkcə mənim yox, bu zalda əyləşən tanınmış şəxslərin birgə məhsuludur”.

Elmira Axundova kitabın ərsəyə gəlməsində ona göstərdikləri köməyə görə Anar Məmmədxanovun həyat yoldaşı İradə Məmmədxanovaya və bacısı Naidə Məmmədxanovaya təşəkkür edib.

Xalq yazıçısı Anar  bildirib ki, Anar Məmmədxanovla bağlı belə bir kitabın yazılması cəmiyyətimiz üçün töhfədir. Belə ki, Anar Məmmədxanov kimi yüksək təşkilatçılıq qabiliyyətinə malik, istedadlı bir insanı yaxından tanımaq gənclərimiz üçün çox faydalıdır. Elmira Axundova kitabda bununla bağlı nə lazımdırsa təqdim edib.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Anar Məmmədxanov, “Bakılı oğlanlar”ın fəaliyyəti, Moskvada qazandıqları qələbələr barədə xatirələrini bölüşüb. O, belə bir kitabı ərsəyə gətirdiyi üçün Elmira Axundovaya təşəkkür edib.

Anar Məmmədxanovun bacısı, professor Naidə Məmmədxanova qardaşının ömür yolundan danışaraq onunla bağlı xatirələrini bölüşüb. Elmira Axundova bu kitabda Anarı tanıyan və sevən çoxsaylı insanın onunla bağlı xatirələrini toplayıb. Naidə Məmmədxanova Elmira Axundovaya, eləcə də tədbirin bütün iştirakçılarına Anar Məmmədxanovun xatirəsinə göstərilən ehtirama görə minnətdarlığını bildirib.

“Bakılı oğlanlar” komandasının keçmiş üzvləri Tahir İmanov, Cabir İmanov, Bəhram Bağırzadə və digərləri Anar Məmmədxanovla bağlı hazırladıqları, indiyə qədər yayımlanmamış görüntüləri təqdim edib, təəssüratlarını bölüşüblər.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında