“Ünvansız qatar”

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Əməkdar incəsənət xadimi, dramaturq Əli Əmirlinin "Ünvansız qatar" pyesi əsasında hazırlanmış tamaşa nümayiş olundu.

Tamaşadan əvvəl teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov,  Əməkdar incəsənət xadimi, dramaturq Əli Əmirli və teatrın baş rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov çıxış edərək bildirdilər ki, ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə bağlı ölkəmizdə və onun hüdudlarından kənarda genişmiqyaslı tədbirlər keçirilir. Mart soyqırımının geniş miqyasda keçirilməsi və daha ətraflı araşdırılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1998-ci il mart ayının 26-da imzaladığı fərmanla mart hadisələrinin əsl tarixi qiymətini verdi.

Əsərin müəllifi Əli Əmirli bildirdi ki, tarixi yaşatmaq , gələcək nəsillərə çatdırmaq ədəbiyyat nümayəndələrinin borcudur və yazarlar tarixin unudulmuş səhifələrini öz əsərlərində işıqlandırmalıdırlar. Dramaturq əlavə etdi ki, uzun müddət xalqdan gizli saxlanılan və sovet dönəmində bir çox insanların xəbərsiz olduğu 31 Mart qırğını haqqında ilk dəfə Fransada mühacir həyatı yaşayan  Azərbaycan əsilli fransız yazıçısı Baninin  (Ümbülbanunun) "Qafqaz günləri" əsərində oxumuşdum və çox təəccüblənmişdim.Ədəbiyyatımız uzun illər bu barədə susurdu. Zaman gəldi ki, artıq tarixi həqiqətələri üzə çıxarmağın vaxtıdır.

Tamaşanın rejissoru Bəhram Osmanov qeyd etdi ki, əsərin əsas məqsədi gənc nəslə tarixi məqamları aşılamaqdır. Teatr olaraq bizim vəzifəmiz tarixi hadisələri unutmamaqdır. Tamaşada insanın öz keçmişinə düşünənrək yanaşması əks olunub.

Qeyd edək ki, tamaşa öz ata-baba yurdlarından didərgin düşmüş, Bakıya pənah gətirən soydaşlarımızın nisgilli və faciəli həyat həqiqətlərindən bəhs edir. Pyesin qəhrəmanları düşmən hücumundan və zülmündən qurtulub qaçmağı bacarmışdır. Lakin onlar hələ çıxdıqları yolun sonunu bilmirlər. "Ünvansız qatar" pyesinin qəhrəmanları ölümdən xilas olsalar belə yaşadıqları faciələr və daxili əzabları onları sıxır.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında