Digital Trends: Heydər Əliyev Mərkəzi dünyanın ən füsunkar binalarından biridir

Bakıda yerləşən Heydər Əliyev Mərkəzi "Digital Trends" nəşrinin versiyasına görə dünyanın ən füsunkar binaları sırasında yer alıb.

Bu barədə yazılan məqalədə Azərbaycanın 1991-ci ildə müstəqillik əldə etdikdən sonra şəhər memarlığının inkişafına vəsait ayırmağa başladığı vurğulanıb:

"Bu gün möhtəşəm Heydər Əliyev Mərkəzi şəhər planlaşdırması üzrə bu uzunmüddətli təşəbbüsün nümunəsidir".

Bundan başqa, siyahıya 17 bina, o cümlədən İtaliyadakı "Bosco Verticale" (Şaquli meşə), Çinin CCTV telekanalının baş ofisi, İspaniyada "Auditorio-de-Tenerife" opera binası daxil olub.

Qeyd edək ki, Heydər Əliyev Mərkəzinin layihəsi 2007-ci ildə memar Zaha Hadid tərəfindən hazırlanıb.

M.Mükərrəmoğlu,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında