“Çölçü” növbəti beynəlxalq mükafatını qazandı

Şamil Əliyevin “Çölçü” filmi 2018-ci ilin fevral ayının Mükafatına layiq görülüb. Buna görə də Mükafatı – “Yaxşıların yaxşısı” statusunu qazanıb.

Mükafatın təqdimetmə mərasimi 2018-ci ilin oktyabr ayında  Hindistanın Kəlküttə şəhərindəki Rotary Sadan mərkəzində keçiriləcək.

Antonioni, Tarkovski, Qodar, Berqman kino mükafatlarının nominantı olan Şamil Əliyevin “Çölçü” filmi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə 2012-ci ildə istehsal olunub. Şamil Əliyevin “Çölçü” bədii filmi 5  qitəni əhatə edərək 37 Beynəlxalq kino festivalında iştirak etmiş, bir sıra mükafatlara layiq görülüb. Bu festivallar A və B kateqoriyalıdır. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” Kinostudiyasında lentə alınmış “Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur.

Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib.

“Çölçü” filminin süjeti belədir: şəhər həyatından uzaqda, təbiətlə ünsiyyətdə gənc çölçü yaşayır. Atası Ulu ona çölçülük həyatının sirlərini öyrədir. Atası vəfat edəndən sonra o, qəsəbədən gəlmiş qızla tanış olur. Bu qızla tanışlıq onun həyatında yeni səhifə açır, böyük, onun tanımadığı dünyaya daxil olur...

M.MÜKƏRRƏMOĞLU,
”Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında