Görkəmli rəssamların əsərlərindən ibarət sərgi

Azərbaycan Rəssamlar İttifaqının V. Səmədova adına sərgi salonunda Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi açılıb. “Təsviri sənət həftəsi” çərçivəsində reallaşan sərgidə 50-dək fırça ustasının əsərləri nümayiş olunub. Tədbir Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə keçrilib.

Tədbirdə çıxış edən Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov sərginin əhəmiyyətindən söhbət açıb. Xalq rəssamı bildirib ki, ekspozisiyada nümayiş olunan əsərlər rəngkarlıq, qrafika, tətbiqi dekorativ sənət, batika, xalçaçılıq, heykəltəraşlıq və digər janrlarda olan sənət əsərləri məna və məzmununa görə mükəmməlliyi ilə seçilir.

 “Təsviri sənət həftəsi” çərçivəsində paytaxtda müxtəlif sərgilərin açılışı olub. Bu ənənənin gələcəkdə da davam etdiriləcəyini söyləyən F. Xəlilov vurğulayıb ki, tanınmış rəssamların əsərlərinin bir yerə toplanması və onların nümayişi yaradıcı gənclərin marağına səbəb olur.

Tədbirdə ittifaqın ilk dəfə təsis etdiyi “Vernisaj” mükafatına Xalq rəssamı Mirnadir Zeynalov layiq görülüb.

Ülviyyə VAHİDQIZI,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında