Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan kitab sərgisinin açılış mərasimi keçirilmişdir

Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli Kitabxanası birgə Azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunmuş kitab sərgisinin açılış mərasiminndə əvvəlcə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri Milli Kitabxananın direktoru,  professor  Kərim Tahirov açmışdır.O, çıxışında bildirmişdir ki, hər il mart ayının 31-i ölkəmizdə dövlət səviyyəsində azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir.Bu il Prezident İlham Əliyev 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında sərəncam imzalamışdır ki, bununla bağlı respublikanın müxtəlif regionlarında, müxtəlif təşkilatlar tərəfindən və beynəlxalq səviyyədə silsilə tədbirlər reallaşdırılır.

Direktor qeyd etmişdir ki, daşnak-bolşevik hərbi qüvvələri şəhərdə və ətraf

kəndlərdə kütləvi qətliam və dağıntılar törətmişdilər. Erməni dəstələri bir çox tikililərə, “İsmailiyyə” binasına, Təzəpir məscidinə od vurmuşdular. Mart günlərində Bakının istisnasız olaraq bütün azərbaycanlı əhalisi – kübar zümrələrdən tutmuş sadə adamlara qədər bütün təbəqələr erməni zorakılığının və talanlarının qurbanlarına çevrilmişdi.

Milli Kitabxananın direktor müavinləri Ədibə İsmayılova və Mələk Xanım

Hacıyeva çıxış edərək vurğulamışlar ki, kütləvi qırğınlar təkcə Bakıda deyil, Qarabağın azərbaycanlılar  yaşayan  kəndlərində, Şuşada, eləcə də aprel-may aylarında Şamaxıda, Qubada,Lənkəranda, Gəncəbasarda və başqa bölgələrdə davam etmiş, 30 mindən çox müsəlman-türk, habelə digər qeyri-erməni millətindən olanlar — ləzgilər, talışlar, yəhudilər (Quba), almanlar (Gəncəbasar bölgəsi) qətlə yetirilmişlər.Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir.1918-ci il martın 30-da axşam başlanan qırğınlar faktiki olaraq bir həftə davam etmiş, lakin onun üç günü erməni daşnak dəstələrinin hədsiz azğınlığı, amansızlığı və qəddarlığının xüsusilə kütləvi xarakteri ilə səciyyələnmişdir.

Milli Kitabxananın şöbə müdiri, şairə Səyyarə Məmmədli çıxış etmiş və öz şeirini

səsləndirmişdir.

Həmçinin Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxanada Bakı

Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin IV kurs tələbələrinin iştirakı ilə 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunmuş “31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür” adlı tədbir keçirilmişdir.

M.MÜKƏRRƏMOĞLU,

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında