AMEA-nın Mərkəzi Elmi Kitabxanasında soyqırıma aid sərgi

edumap.az saytında verilən xəbərə görə, AMEA Mərkəzi Elmi Kitabxanasında 1918-ci il 31 mart Azərbaycanlıların soyqırımına həsr olunmuş sərgi təşkil olunub. Sərgidə kitabxananın fondlarında mühafizə olunan “31 Mart soyqırımı 1918-1920 –ci illər mətbuatında”, “Ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırım”, “Soyqırım cinayəti”, “Soyqırım tarixinin dastanı”, “Erməni cinayətləri sənədlər əsasında”, “Erməni terroru”, “Azərbaycan xalqına qarşı 1918-ci il Mart soyqırımı”, “1918-ci il qırğınları”, “31 Mart Vakası”, “1918-ci il qırğınları: tarixi araşdırmalar”, “Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri” və s. kimi soyqırıma dair faktları əks etdirən, tarixi əhəmiyyət  baxımından kitabxananın Rəqəmsal Yaddaş bazasına daxil edilmiş kitablar nümayiş olunur.

 Mərkəzi Elmi Kitabxananın fondlarında 1918-ci il Mart soyqırımına aid olan mövcud mənbələr elektron kataloqa salınaraq  Mərkəzi Elmi Kitabxananın Rəqəmsal Yaddaş bazasına daxil edilib. Eyni zamanda, soyqırımla bağlı Mərkəzi Elmi Kitabxananın əməkdaşları tərəfindən “31 Mart Azərbaycanlıların Soyqırımı Günü” adlı sənədli film də hazırlanıb və filmin nümayişi Sərgi salonunda, kitabxanın monitorlarında və oxucular üçün nəzərdə tutulmuş digər məkanlarında təmin edilib.

Mərkəzi Elmi Kitabxanadakı sərgi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 18 yanvar 2018-ci il tarixli Sərəncamı çərçivəsində təşkil edilib. Bu tarix 1998-ci ildən etibarən Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında ” Azərbaycan Respublikasının Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib.

İ.Əmənullayev

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında