Türk Dünyası Parlament Birliyinin sədri Nail Çələbi: Türk dünyası bu ağrı-acını əsla unutmayacaq

31 Mart Azərbaycan xalqının tarixində kədərli və ağrılı bir gündür.  Bu tarix son 2 yüz ildir, Azərbaycan türklərinə qarşı ermənilərin soyqırım cinayətlərini əks etdirən və qətliam qurbanlarının xatırlandığı gündür.

Bu fikirləri Türk Dünyası Parlament Birliyinin sədri Nail Çələbi 31 Mart azərbaycanlıların  soyqırımının 100 illiyi  münasibətilə Türkiyənin paytaxtı Ankara şəhərində təşkil edilmiş  mətbuat konfransında deyib.

 Birliyin sədri Nail Çələbi  türk-müsəlman əhaliyə qarşı daşnak-bolşevik birliklərinin, erməni millətçilərinin tarix boyu soyqırım törətdiklərini vurğulayıb və bu cür qanlı olaylarda həlak olmuş günahsız qurbanlara  Allahdan rəhmət diləyib.

   "Bu gün Şamaxı, Zəngəzur, Lənkəran, Qubada bu  qırğınların izlərini görmək mümkündür . Bu insanların günahı nə idi?  Yaşlı, qoca, qadın olmaqla, günahsız mülki insanlar  yalnız türk-müsəlman  olduqları üçün vəhşicəsinə qətlə yetirildi.  Buna görə Anadolu, Azərbaycan, qırğız, özbək, türkmən, qazax türkləri, bütövlükdə türk dünyası  bu ağrını heç vaxt unutmayacaq ." –deyə Nail Çələbi vurğulayıb.

Natiq əlavə edib ki, 1992-ci ildə erməni millətçilərinin Xocalıda törətdiyi qanlı qətliam məhz bu soyqırım siyasətinin davamı idi və bu gün hələ də qardaş Azərbaycanın 20 faiz torpağının erməni işğalı altında olmasını qeyd edərək, ermənilərin işğalçılıq siyasətini də tənqid edib.

1918-ci il Nuru Paşanın komandanlığı ilə qardaş Azərbaycan xalqına köməyə gəlmiş Qafqaz İslam Ordusunun sayəsində erməni daşnaklarının azərbaycanlılara qarşı qırğınlarının səngiməsinə toxunan Nail Çələbi bildirib ki, Azərbaycan xalqı bu qardaş köməyini əsla unutmur.

 

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında