Azərbaycan Respublikasının İrandakı səfiri AMEA Mərkəzi Elmi Kitabxanasında olub

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı (İİR) fövqəladə və səlahiyyətli səfiri cənab Bünyad Hüseynov AMEA Mərkəzi Elmi Kitabxanasını (MEK) ziyarət edib.Səfir MEK-in Sərgi salonunda,Akademiklər zalında, eləcə də kitabxananın başqa informasiya təminatı məkanlarında mühafizə olunan Azərbaycan və dünya mədəniyyətini, tarixini əks etdirən sənədlərlə tanış olub.

Qarşılıqlı əməkdaşlığın müzakirəsi zamanı səfir Bünyad Hüseynov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Mədəniyyət kitabxanasına MEK tərəfindən təqdim olunan ədəbiyyatın əsasən, AMEA-nın çap etdiyi elmi əsərlərdən formalaşdırılması taktikasını Azərbaycanın elmi potensialının tanıdılması baxımından yüksək qiymətləndirib. Səfir  MEK-in Şərq ədəbiyyatı fondunda mühafizə olunan ərəb əlifbası ilə yazılmış Azərbaycan ədəbiyyatının İranda Azərbaycan mədəniyyətinin və tarixinin təbliği üçün  önəmindən bəhs edib. O, Mərkəzi Elmi Kitabxananın İranın aparıcı kitabxanalarından biri ilə əməkdaşlıq əlaqələrinin qurulması üçün yardım göstərəcəyini qeyd edib. MEK direktoru Leyla İmanova İƏT üzv dövlətlərinin Mədəniyyət kitabxanası və səfirliyin kitabxanasını zənginləşdirmək məqsədilə hazırlanmış kitab kolleksiyasını səfirə təqdim edib və bu fəaliyyətin davamlı olacağını bildirib. Leyla İmanova Azərbaycanın xaricdəki diplomatik missiyaları tərəfindən Azərbaycan haqqında xarici dillərdə hazırlanmış ədəbiyyat ilə Milli Rəqəmsal Yaddaş bazasının zənginləşdirilməsi, beynəlxalq kitab mübadiləsi barədə məlumat verib.

Görüşün sonunda Azərbaycan Respublikasının İran İslam Respunlikasındakı səfiri  Bünyad Hüseynov Mərkəzi Elmi Kitabxananı beynəlxalq əlaqələrinin genişləndirilməsinə, kitabxana fondlarının və yeni yaradılmış Diplomatik fondunun zənginləşdirilməsinə, eləcə də Azərbaycan Milli Rəqəmsal Yaddaş layihəsinə verdiyi töhfəyə görə təşəkkürnamə ilə təltif edib.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında