31 mart azərbaycanlıların soyqırımı tarixinin 100 illiyi münasibəti ilə “Soyqırımı tarixinin dastanı” tamaşası oynanılacaq

Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən 31 mart azərbaycanlıların soyqırımı tarixinin 100 illiyi münasibəti ilə Mədəniyyət və Turizm Nazirliyi tədbirlər həyata keçirir. Bu tədbirlər planı çərçivəsində Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı şair-dramaturq İftixarın “Soyqırımı tarixinin dastanı” əsəri 31 mart 2018-ci il tarixində İrəvan Teatrının binasında oynanılacaq.

Tamaşanın quruluşçu rejissoru və tərtibatçı rəssamı Əməkdar mədəniyyət işçisi İftixar Piriyev, musiqi tərtibatı Çingiz Xəlilovdur.

Rollarda Əməkdar artist Vaqif Kərimov, aktyorlar Natiq Həziyev, Əmrulla Nurullayev, Müdvər Nemətova, Niyaməddin Səfərəliyev, Şəbnəm Cəbrayılova, Rövşən Cəfərov, Ruhiyyə Eyvazova, Sevinc Hüseynova, Ceyhun Əliyev, Tural Xəlilzadə, Güney Əliyeva və Bəhruz Hikmətoğlu çıxış edəcəklər.

M.MÜKƏRRƏMOĞLU,

”Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında