"Azərbaycanlıların Soyqırımı Günü"nə həsr olunmuş "Genosid-100" adlı sərgi açılıb

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “Qalereya 1969” salonunda 31 mart "Azərbaycanlıların Soyqırımı Günü"nə həsr olunmuş "Genosid-100" adlı sərginin açılış mərasimi keçirildi.

Mərasimdə şıxış edən  mədəniyyət və turizm nazirinin müavini Ədalət  Vəliyev demişdir: “Hər il Mədəniyyət və Turizm Nazirliyi tərəfindən respublikanın çoxsaylı mədəniyyət ocaqlarında bu münasibətlə tədbirlər təşkil olunur. Bu il də müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulur. Paytaxtla yanaşı, regionlarda da soyqırımı qurbanlarının xatirəsi yad ediləcək, tariximizin qan yaddaşı olan bu faciə bir daha xatırlanacaq”. Sərgidə qalereyanın fondundan və rəssamların şəxsi kolleksiyalarından seçilmiş əsərlər yer alıb. Sərgi Azərbaycan tarixinə faciəvi səhifələrdən biri kimi daxil olmuş soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədilə təşkil edilib.

Bu hadisələrdən 80 il sonra - 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilmiş və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir.

Sərgidə nümayiş etdirilən əsərlər məzmun və mahiyyət etibarı ilə xalqımızın mübarizə əzmini, faciənin dəhşətlərini, son yüz ildə ermənilər tərəfindən törədilən qanlı faciələrin və məkirli siyasətin iç üzünü təsviri sənət əsərləri vasitəsilə açıqlayır.

Aprelin 3-dək davam edəcək sərgidə nümayiş olunan 30-dan çox sənət əsəri məzmun və mahiyyət etibarı ilə xalqımızın mübarizə əzmini, faciənin dəhşətlərini, Azərbaycana qarşı yürüdülən məkrli siyasətin mahiyyətini bir daha göstərir.

M.MÜKƏRRƏMOĞLU,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında