Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar filmlər nümayiş olunacaq

Bu gün Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 30 mart 2018-ci il tarixində, Nizami Kino Mərkəzində Azərbaycan tarixinin ən faciəli səhifələrindən olan 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyinə həsr edilmiş anım tədbiri keçirilir.

Tədbirdə erməni daşnaklarının xalqımıza qarşı törətdiyi cinayətlərdən bəhs edən, rejissorlar Ələkbər Muradovun “Yaddaşın rəmzi. Quba-1918” və Zamin Məmmədovun “Xocalının zamini” sənədli filmləri nümayiş  olunacaq.

Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixində imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanla 31 mart “Azərbaycanlıların Soyqırımı” Günü kimi qeyd edilir. 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında