İçərişəhərlə tanışlıq xoş təəssürat yaratmışdır

Azərbaycanda işgüzar səfərdə olan Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rustam Minnixanov martın 2-də İçərişəhərlə tanış olmuşdur.
Gəzinti zamanı qonağa dünya şəhərsalma sənətinin nadir nümunələrindən biri olan "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu haqqında, eləcə də burada aparılmış təmir və abadlıq işləri barədə ətraflı məlumat verilmişdir.
Rustam Minnixanov gəzintiyə Qız qalası ilə tanışlıqdan başlamışdır. Bakının rəmzi sayılan Qız qalasının tarixi barədə qonağa məlumat verilmiş, əsrlərin şahidi olan bu qədim abidənin YUNESKO-nun "Dünya irsi siyahısı"na daxil edildiyi bildirilmişdir.
Qonaq Sıratağlı dini-memarlıq kompleksinin ("Bazar Meydanı") ərazisindəki müxtəlif dövrlərə aid bədii daşyonma sənətinin nümunələrinə tamaşa etmişdir.
Elektromobillərlə davam edən gəzinti zamanı İçərişəhər, Qoşa Qala qapıları və onun yaxınlığındakı meydan barədə maraqlı tarixi məlumatlar qonağın diqqətinə çatdırılmışdır. Rustam Minnixanov, həmçinin milli mətbəximizin nümunəsi olan təndir çörəyinə qonaq edilmişdir.
Tatarıstan Prezidenti milli mədəni irsimizin incisi sayılan "Şirvanşahlar Sarayı Kompleksi" və Miniatür Kitab Muzeyinin zəngin ekspozisiyası ilə də tanış olmuşdur.
XI əsrdə inşa edilmiş Məhəmməd məscidində qonağa burada avstriyalı və almaniyalı mütəxəssislər tərəfindən aparılmış bərpa və konservasiya işləri barədə məlumat verilmişdir.
Sonda "Kiçik Karvansara" abidəsindəki təsviri və dekorativ-tətbiqi incəsənət mərkəzində - "İncəsənət bağı"nda hörmətli qonağın şərəfinə çay süfrəsi təşkil olunmuşdur.
Rustam Minnixanov İçərişəhərin fəxri qonaqlar kitabına ürək sözlərini yazmışdır.
Qonağa xatirə hədiyyələri təqdim olunmuşdur.{nl}

AzərTAc

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında