“Tarixi prosesdə Osmanlı miniatürləri” sərgisi açılmışdır

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Bakı Yunus Emre İnstitutu və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə Azərbaycan Milli İncəsənət Muzeyində "Tarixi prosesdə Osmanlı miniatürləri" adlı sərginin açılışı olmuşdur. Tədbiri Bakı Yunus Emre İnstitutunun direktoru Cihan Özdemir  açmışdır.Sərginin tərtibçi-quruluşçusu Mehmet Nuri Çinarcı   Osmanlı imperiyasının yaranmasından dağılmasına qədər görkəmli miniatür ustaları tərəfindən çəkilən miniatürlərə həsr edilən sərginin hazırlanaraq azərbaycanlı sənətsevərlərə təqdim olunması barədə məlumat vermişdir.

 Türkiyə Respublikasının Azərbaycan  Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral sərginin açılışını bildirən rəmzi lenti kəsdikdən sonra tamaşaçılar fərqli ölçü və formatlarda olan (40 ədəd)  miniatür sənəti nümunələri  ilə tanış olmuşlar.

Qeyd olunmuşdur ki, sərgi 1918-ci ilin 30 mart-3 aprel tarixlərində Bakı şəhərində və Bakı  quberniyasının müxtəlif bölgələrində erməni silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı törədilən “Mart Soyqırımı”nda şəhid olmuş soydaşlarımızın əziz xatirəsini yad etmək və Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusunun yaranmalarının 100-cü ildönümü münasibətilə hazırlanmışdır. Rəsm sərgisində iştirak edənlər və sənətsevərlər bədbinlikdən uzaq, nikbin ruhda, tariximizdə baş verənlərdən nəticə çıxarmaq, milli birliyimizin daha da güclənməsi və yenilməzliyimizin nümayişi naminə ümumtürk mədəniyyətinin və incəsənətinin ən tanınmış növü, təkrarolunmaz şah əsərlər-miniatürlərə böyük maraqla tamaşa etmişlər.

Yarandığı vaxtdan etibarən dünya tarixində ən böyük mədəniyyətlərdən biri hesab edilən Osmanlı dövləti mədəniyyəti təkcə tarix və ədəbiyyatda deyil, həmçinin mədəniyyət tarixinə də yetişdirdiyi miniatür ustalarıyla mühüm töhfələr vermişdir.XV əsrdə başlayan Osmanlı miniatür sənəti Osmanlı imperiyasının dağılmasından sonra da bəzi miniatürçü sənətkarlar tərəfindən öz nüfuz və mövcudluğunu davam etdirmişdir.

Sərgi 31 mart tarixinədək davam edəcəkdir.

Afət Sadıqoğlu,

                      “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında