Qarabağda arxeoloji tədqiqatlar

arxeologiya.az saytında verilən məlumata görə, arxeoloq alimlərimizdən İdeal Nərimanov, Qüdrət İsmayılzadə, Rəşid Göyüşov, Hidayət Cəfərov, Əsədulla Cəfərov, Arif Məmmədov, Təvəkkül Əliyev uzun illər boyu Qarabağda tədqiqatlar aparmışlar. Bu tədqiqatlar nəticəsində Neolit, Eneolit, Tunc, İlk Dəmir, Antik və Orta əsrlərə aid yüzlərlə abidə qeydə alınmış, arxeoloji araşdırmalarla tariximizin bir çox qaranlıq səhifələri işıqlandırılmışdır. Obyektiv səbəblərə görə, XX əsrin 90-cı illəri və XXI əsrin ilk illərindəki fasilədən sonra Qarabağ bölgəsində arxeoloji araşdırmalar son illərdə yenidən canlanmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 5 fevral 2008-ci il və 26 aprel 2012-ci il tarixli sərəncamlar Azərbaycan arxeologiyasının, o cümlədən Qarabağın arxeoloji baxımdan öyrənilməsinin yeni inkişaf mərhələsinə qədəm qoymasına zəmin yaratmışdır.

2008-ci ildə yaradılmış “Qarabağ” arxeoloji ekspedisiyası və 2010-cu ildə yaradılmış “Qarabağ Neolit-Eneolit ekspedisiyası”nın qarşısına qoyulmuş əsas vəzifə Qarabağ bölgəsinin arxeoloji abidələrinin, ilk növbədə isə Neolit və Eneolit dövrü abidələrinin elektron qeydiyyatının həyata keçirilərək xəritələşdirilməsi, bu abidələrin “Məlumat bazası”nın yaradılması idi. Ekspedisiya hələ XX əsrin 50-80-ci illərində aşkar edilərək elmi dövriyyəyə daxil edilmiş abidələrlə yanaşı, bir sıra yeni abidələri qeydə almışdır. Yeni abidələrdə kəşfiyyat və artıq məlum olan abidələrin monitorinqi Ağdam rayonunun işğaldan kənarda qalmış ərazisini, onunla həmsərhəd olan Ağcabədi, Bərdə və Tərtər rayonlarının bir hissəsini əhatə etmişdir. 2012-2013-cü illərdə Qarabağ düzənliyində mövcud olan arxeoloji abidələrin elektron qeydiyyatı və xəritələşdirilməsi işinin nəticəsi olaraq Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun ayırdığı qrant çərçivəsində “Qarabağın arxeoloji abidələri xəritəsi” tərtib edilmişdir. Mövcudluğu dəqiqləşdirilmiş 170-ə yaxın abidədən 125-nin erkən əkinçi-maldar tayfalara aid yaşayış yerləri olması müəyyən edilmişdir. Bunların əsasında “Qarabağın arxeoloji abidələr toplusu”nun birinci cildi hazırlanaraq nəşr edilmişdir.

İ.Əmənullayev

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında