Xalq artisti Arif Babayevin 80 illik yubileyi Gəncədə qeyd edilib

Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən gecədə muğam sənətinin inkişafında, milli musiqimizin təbliğində böyük rolu olan sənətkarların, tanınmış xanəndələrin ifasında xalq mahnıları səsləndirilib.

Gəncə Dövlət Filarmoniyasının solisti Gülay Zeynalova, Respublikanın əməkdar artistləri Babək Niftəliyev, Təyyar Bayramov, Gülüstan Əliyeva, Xalq artistləri Gülyanaq Məmmədova, Mənsum İbrahimov, Şahnaz Haşımova, Nəzakət Teymurovanın ifasında xalq mahnıları, təsniflər və muğamlar ifa olunub.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev konsert iştirakçılarını salamlayaraq Gəncə Dövlət Filarmoniyasında keçirilən 80 illik yubiley münasibəti ilə Xalq artisti Arif Babayevi təbrik edib. Ölkədə və onun hüdudlarından kənarda muğamın tanıdılmasında, inkişafında əvəzolunmaz roluna görə Xalq artistinə təşəkkürünü bildirən şəhər rəhbəri bu yolda ona uğurlar arzu edərək "Fəxri Fərman" və hədiyyə təqdim edib.

Xalq artisti Arif Babayev mədəniyyət işçilərinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. İsti münasibət üçün gəncəlilərə minnətdarlıq edən Arif Babayev yaxın zamanlarda Nizami yurdunda konsert proqramı ilə çıxış edəcəyini bildirib.

Qeyd edək ki, 1988-ci ildən Xalq artisti adını şərəflə daşıyan sənətkar 1998-ci ildə “Şöhrət” və 2008-ci ildə “İstiqlal” ordenlərinə layiq görülüb. Arif Babayev XX əsrin ikinci yarısında Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən biridir.

                   Hamlet Qasımov,
"Xalq qəzeti"nin bölgə müxbiri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında