Cümhuriyyətin 100 illiyi ilə bağlı festival

Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Rəsm Qalereyası, Təhsil Nazirliyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə  "Azərbaycan  Xalq  Cümhuriyyəti  ili"  çərçivəsində uşaqlarda bədii zövqün formalaşmasını stimullaşdırmaq, yaradıcılıq duyğularının inkışafı, əhatə olunmuş mühitə  münasibət və ona yanaşma tərzinin mükəmməlləşməsinə təkan, ən əsasda doğma elə,vətənə məhəbbəti aşılamaq  məqsədi ilə  "Azərbaycanım" adlı  Respublika  Uşaq  Rəsm  Festivalı  keçirilir.  Festival  çərçivəsində müsabiqə də  elan  olunub.

Qeyd edək ki, müsabiqədə 15 yaşına qədər uşaq və yeniyetmələr  ən çox 3 əsər təqdim etməklə iştirak edə bilərlər. Əsərlərdə  uşaqların öz duyğu və düşüncələri yer almalıdı. Qaliblərə müxtəlif mükafatlar təqdim olunacaq.

Bağlanış Xətai Sənət Mərkəzində  keçiriləcək və festival iştirakçıları diplomla təltif olunacaqlar.

M.MÜKƏRRƏMOĞLU,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında