“Sərhədsiz Teatr” III Şəki Beynəlxalq Teatr Festivalı keçiriləcək

“Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının icrasını təmin etmək məqsədilə 2018-ci il 12-19 may tarixlərində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimlərinin təşkilatı dəstəyi ilə “Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalı keçiriləcəkdir. Festival ümummilli lider Heydər Əliyevin anadan olmasının 95, müsəlman Şərqində ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 və milli peşəkar teatrın yaradılmasının 145 illiyinə həsr olunmuşdur.

Respublikamızda artıq üçüncü dəfə keçirilən və teatr ənənələrimizdən birinə çevrilən festivalın Təşkilat Komitəsinə iştirak üçün dünyanın müxtəlif ölkələrindən - Rusiya, Qazaxıstan, Gürcüstan, Ukrayna, Meksika, Kolumbiya, Argentina, Fransa, İsrail, İtaliya, Mərakeş, Küveyt,  Makedoniya və  İrandan 60-dan yuxarı təklif daxil olmuşdur.  

“Sərhədsiz teatr” festivalında iştirak etmək istəyən kollektivlərin çoxluğunu nəzərə alaraq, festivalın iki istiqamətdə - milli və beynəlxalq mərhələdə keçirilməsinə qərar verilmişdir. Milli Teatr mərhələsinə respublika teatrlarının Sumqayıt, Xırdalan, Lənkəran, Mingəçevir, Xaçmaz, Yevlax, Ağdam, Bərdə, Ağstafa, Zaqatala, İsmayıllı, Göygöl bölgələrinə səfərləri daxil edilmişdir.

Festivalın Beynəlxalq mərhələsində Acto Teatro Columbiya Teatrının Q.Q.Markesin “Məsum Erendira”, Meksikanın La Kvinta Teatrının “Yeddi rəngin tanrısı”, İrandan Benderabbas Şəhər Teatrının V.Şekspirin “Maqbet” və Muğun-Hünər Teatrının M.Məhdəbinin “Canavar”, Gürcüstandan Muvement Teatrının V.Şekspirin “Fırtına”, Rusiyanın Kazan Müstəqil Teatrının “Əlif” və V.Txapsayev adına Şimali Osetiya Dövlət Akademik Teatrının uşaqlar üçün “Möcüzələr ölkəsində” tamaşaları ilə çıxışları planlaşdırılmışdır.

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında