Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında “Əsrin sınağı” adlı tədbir-sərgi keçiriləcək

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev   18 yanvar 2018 – ci il tarixli  “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” sərəncam imzalamışdır. Sərəncamın icrasına  uyğun olaraq   2018-ci il martın 30-da  Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında “Əsrin sınağı” adlı tədbir-sərgi keçiriləcək.  

Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. 1918-ci ilin mart-aprel aylarında Bakı şəhərində, habelə Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün Fövqəladə İstintaq Komissiyası yaratmış, komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görmüşdür. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırılmış, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınmışdır. Yalnız 80 il sonra - 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilmiş və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir.

Sərgidə muzeyin fondlarında saxlanılan və muzeyə yeni daxil olmuş Azərbaycan xalqının başına gətirilmiş dəhşətləri özündə əks etdirən Sabir Çopurovun, Nazim Məmmədovun, Cavid Bayramlının, Sara Manafovanın, Əşrəf Heybətovun, Rahib Qarayevin rəsm və heykəltəraşlıq nümunələri nümayiş olunacaq.

 Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, Nazim Mustafa, tarix elmləri doktoru, professor Həvva Məmmədova,  AMEA – nın A. Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Vasif Qafarov. Sonda Nəsimi rayonu Mehdi Hüseynzadə adına 19 nömrəli tam orta məktəbin şagirdlərinin  hazırladığı bədii hissə təqdim olunacaq.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında