İstanbulda Novruz şənliyi

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən Novruz bayramına həsr olunan növbəti mərasim Türkiyənin İstanbul şəhərində keçirilib. İstanbulun Bayrampaşa rayon bələdiyyəsi və “Türk Ocaqları” təşkilatı mərasimin təşkilinə dəstək veriblər.

Mərasimin rəsmi hissəsində TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Bayrampaşa rayon bələdiyyəsinin sədri Atilla Aydı­ner, “Türk Ocaqları”nın İstanbul rəhbəri Cezmi Bayram çıxış ediblər.

Çıxışlarda birlik və oyanış bayramı olan Novruzun türkdilli xalqların həyatındakı rolundan danışılıb. Diqqətə çatdırılıb ki, əsrlərin yadigarı olan bu bayramın ənənələri xalqlarımız tərəfindən sevilə-sevilə qorunaraq nəsildən-nəslə ötürülür.

Mərasim türk dünyasının ayrı-ayrı məkanlarından gəlmiş musiqi qruplarının çıxışı ilə davam etdirilib.

Azərbaycanı konsert proqramında “Şərur” xalq yallı və “Halay” folklor an­samblları təmsil edib.

Sonda TÜRKSOY adından Novruz hədiyyələri və mükafatlar verilib.

Sabir ŞAHTAXTI,
AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında