“Gürcüstan-Ukrayna-Azərbaycan– 2017” beynəlxalq fotosərgisi keçiriləcək

Tbilisidə “Gürcüstan-Ukrayna-Azərbaycan– 2017” beynəlxalq fotosərgisi keçiriləcək.Sərginin açılış mərasimi  Gürcüstan Fotoqrafları Assosasiyasının təşkilatçılığı ilə Gürcüstan parlamentinin (Tbilisi, Qudiaşvili, 7) Milli kitabxanasının sərgi salonunda  martın 30-da təşkil ediləcək.

Sərgidə   “Gürcüstan-Ukrayna-Azərbaycan –2017” beynəlxalq müsabiqəsinin ən yaxşı fotoları yer alacaq. Müsabiqə FİAP-in dəstəyi ilə baş tutmuş üç salonda -2-ci Gürcüstan Draq-2017, 2-ci Beynəlxalq Karpat fotovernisajı-2017 və ilk dəfə olaraq Azərbaycan -2017 Beynəlxalq fotosalonunda keçirilmiş, 57 ölkədən 383 müəllifin 5292 fotosundan 4146 iş müsabiqədən keçmiş, onlardan 158 əsər mükafatlara layiq görülmüşdür.

Fotolar  “Sərbəst mövzu – ağ-qara”, “Sərbəst mövzu – rəngli fotoqrafiya”, “İnsanlar” və “Mənzərə” bölümündə təqdim olunmuş və qızıl, gümüş, bürünc medalları, diplomlara layiq görülmüşlər (ətraf www.photo-forum.euportalında). Həmçinin  qaliblərə mükafatlarla birgə kataloq da təqdim olunacaq.

31 mart - 2 aprel  tarixlərində Azərbaycan, Ukrayna və Gürcüstan fotoqrafları üçün fotogəzinti təşkil olunacaq və əsərlərinin elektron təqdimatı gecəsi təşkil olunacaqdır. Bu sərgi və mükafatlandırma Ukraynada və Azərbaycanda olacaq.

 

  Əfsanə BAYRAMQIZI,

   “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında