Bolqarıstan mediası Novruzdan yazır

Özündə dostluğu, qardaşlığı və sülhü ehtiva edən Novruz bayramı digər xalqlar və millətlər üçün də rituallarının zənginliyi və qədimliyi ilə maraq kəsb edir. Bu marağı və diqqəti dünya mətbuatında, müxtəlif media resurslarında milli bayramımız haqqında dərc olunan yazılardan da görmək mümkündür.

 Bu dəfə Bolqarıstanın kütləvi informasiya vasitələrində Novruz haqqında, ölkəmizdə bu bayramın necə təntənə ilə qeyd edilməsi barədə məqalələr oxuculara təqdim edilib. Bolqarıstan Teleqraf Agentliyi, “Fokus” Xəbər Agentliyində və “Qara və Ağ” jurnalının rəsmi internet səhifələrində dərc olunan məqalələrdə Novruz bayramının tarixi, əhəmiyyəti, adət-ənənələri, haqqında ətraflı məlumat verilib. Yazılarda Novruz bayramının təbiətin oyanışı ilə bağlı olduğu qeyd olunub. Novruz fəlsəfəsinin əsasında birliyin, dostluğun, bəşəri idealların dayandığı, əsl ailə bayramı olduğu vurğulanıb. Novruz bayramının ayin və mərasimləri barədə dərc olunan məqalələrdə tonqal qalama, od üstündən tullanma, yumurta döyüşdürmə, küsülülərin barışması kimi məqamlar öz əksini tapıb.

Azərbaycan ədəbiyyatında Novruz bayramı barədə yazılmış bəzi mənbələrdən də bəhs olunub. Dahi Nizami Gəncəvinin “İsgəndərnamə” əsərində, Azərbaycan Səfəvilər dövlətinin banisi, böyük hökmdar və şair Şah İsmayıl Xətainin “Dəhnamə”sində, Qobustan təsvirlərində bu bayramın geniş bədii təsvirlərinin verildiyi bildirilib.

BMT-nin Baş Assambleyası tərəfindən 21 mart tarixinin Beynəlxalq Novruz Günü kimi elan olunduğu diqqətə çatdırılıb. Yazıda BMT-nin sabiq baş katibi Pan Gi Munun Novruz barədə fikirlərinə yer verilib. Bolqarıstan KİV-də Azərbaycan və bolqar xalqlarının sevimli bayramları – Novruz və “Baba mart” bayramlarının oxşar cəhətləri haqqında da məlumat verilib. Hər iki bayramın mart ayında keçirildiyi xatırladılıb.

Ülviyyə VAHİDQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında