Bakıda “2018 hərəkatı”nın təsis konfransı keçirilib

İctimai-siyasi xadimlərin, ədəbiyyat və mədəniyyət nümayəndələrinin, millət vəkillərinin iştirak etdiyi tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə açılıb.

İştirakçılar Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə həsr olunan filmi izləyiblər. Tədbiri giriş nitqi ilə “Odlar Yurdu” Gənclər İctimai Birliyinin sədri, “2018 hərəkatı”nın üzvü Nigar Ələsgərova açaraq, hərəkatın məqsədi, gələcək planları  haqqında məlumat verib. O, hərəkatın əsas məqsədinin ölkənin ictimai-siyasi, iqtisadi, elmi-mədəni və digər sahələrində tanınan nüfuzlu simaları bir dəyər ətrafında toplayaraq müxtəlif istiqamətlərdə -  xüsusilə dövlət və dövlətçilik istiqamətində beynəlxalq və yerli layihələrə imza atmaq olduğunu bildirib.

Qeyd olunub ki, 2018-ci il Azərbaycan üçün bir çox mühüm hadisələrlə yadda qalacaq əhəmiyyətli ildir. Belə ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü tamam olur.  Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünün dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədilə Prezident İlham Əliyev 2017-ci il 16 may tarixli sərəncam imzalayıb. Sərəncama əsaslanaraq, ölkənin ictimai-siyasi, iqtisadi, elmi-mədəni və digər sahələrində tanınan 100 nəfər nüfuzlu simaların təşəbbüsü ilə “2018 hərəkatı” təsis olunub.

Milli Məclisin deputatı Adil Əliyev “2018 hərəkatı”nın elan olunmasını yüksək qiymətləndirib. O, bildirib ki, 2018-ci il Xalq Cümhuriyyətinin elan olunmasının 100 illiyi və prezident seçkilərinin keçirilməsi ilə əlamətdardır: “2018 hərəkatı”nın üzvləri dövləti,  xalqı sevən, dövlətçilik mövqeyindən çıxış edən dəyərli insanlardır.  Hesab edirəm ki, bütün üzvlər bizim milli məsələlərimizdə daha aktiv, ölkəmizdə keçirilən prezident seçkilərindən daha fəal olacaq".

Milli Məclisin deputatı  Jalə Əliyeva Xalq Cümhuriyyətinin tarixi varisi olan müasir Azərbaycanın bütün sahələrdə inkişaf etdiyini diqqətə çatdırıb. O, "2018 hərəkatı" Azərbaycan dövlətinin maraqlarından çıxış edərək böyük uğurlara imza atacağına inandığını bildirib: "Mən "2018 hərəkatı"nın yaranmasını məmnuniyyətlə qarşıladım. Bu hərəkatı yaradan insanlara diqqət etsək, görərik ki, onlar harda varsa, orda Azərbaycanımızın bütövlüyü hədəfdir”.

  Hərəkatın yaranması münasibəti ilə təşəbbüskarları təbrik edən Milli Məclisin  deputatı  Qənirə  Paşayeva hərəkatın uğurlu layihələrə imza atacağına əminliyini ifadə edib: "Bu təşkilatın missiyalarından biri də bizim dövlətçilik tariximizi, qürur yerimiz olan şəxsiyyətlərimizi təbliğ etmək, onları gənc nəsilə daha yaxından tanıtmaqdır. Bu hərəkatın içində çoxlu sayda aydın, ziyalı insan var. Onların bir məqsədi, bir məramı var: biz xalqımız, dövlətimiz üçün nə edə bilərik? Bu, böyük amaldır. 2018-ci il bizim həyatımızda seçki ilidir. Mən düşünürəm ki, aydınlar, ziyalılar olaraq biz cənab prezidentimizin yanında olacağıq. Çünki Ali Baş Komandanımız dövlətimizin inkişafı istiqamətində, dünyada dövlətimizin haqq etdiyi yerə gəlib çatması istiqamətində çox böyük işlər görüb və bu işləri görməkdə davam edir".

Milli QHT Forumunun idarə heyətinin üzvü Əkbər Qoşalı və başqaları təşkilatın mənəvi dəyərlər, ictimai-mədəni hadisələr fonunda müvəffəqiyyət qazanan işlərə imza atacağına inamlarını vurğulayıblar.

Sonda çıxış edən “2018 hərəkatı”nın ideya müəllifi və təşkilatçısı Xəyal Rza tədbir iştirakçılarına və üzvlərə təşəkkürünü bildirib. O, uzun və möhtəşəm yola çıxdığını qonaqların diqqətinə çatdırıb.

M.MÜKƏRRƏMOĞLU,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında