“Qəhrəmanlıq dastanımız”

Dövlət Musiqili Teatrda Türkiyə və Azərbaycanın qardaşlığına ithaf edilmiş “Qəhrəmanlıq dastanımız” adlı musiqili-bədii gecə təşkil olunub.

Teatrdan  bildirmişlər ki,  tədbir Azərbaycan Respublikasının bir qrup qeyri-hökumət təşkilatı tərəfindən yaradılan “Qardaşlığımız əbədidir” adlı təşkilat komitəsinin dəstəyi ilə reallaşıb. Əvvəlcə qonaqlar hər iki dövlətin münasibətlərini əks etdirən rəsm sərgisinə baxıblar.

Tədbir iki qardaş ölkənin himnlərinin səsləndirilməsi ilə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli çıxış edərək tədbirin əhəmiyyətindən söz açıb.

Qeyd edilib ki, komitənin əsas məqsədi iki dövlət arasındakı qardaşlıq əlaqələrinin daha da güclənməsinə töhfə vermək, ölkəmizin təbliğatını Türkiyədə daha geniş şəkildə təşkil etmək və ictimaiyyət olaraq terrora qarşı aparılan mübarizədə Türkiyəyə dəstək verməkdir. İki qardaş ölkənin hazırkı əməkdaşlıq əlaqələrindən danışan E.Həsənli mövcud münasibətlərin günü-gündən daha da inkişaf etdiyini diqqətə çatdırıb.

 Prezident Administrasiyasının məsul əməkdaşı Rasim Mirzəyev, Milli Məclisin deputatları Şəmsəddin Hacıyev, Qənirə Paşayeva, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşaviri İrfan Çiftçi və digər çıxış edənlər Azərbaycan-Türkiyə dostluq və qardaşlığının önəmini qeyd ediblər. Türk xalqının bu gün dünya birliyində öz layiqli və dəyərli yerini tutduğunu deyən natiqlər bildiriblər ki, Azərbaycan-Türkiyə əlaqələri qədim və zəngin tarixə malikdir. Bizim dili bir, dini bir, kökü bir olan xalq olduğumuza diqqət çəkərək qeyd olunub ki, hər iki qardaş ölkə bütün beynəlxalq təşkilatlarda eyni mövqedən çıxış edir, bir-birinə dəstək nümayiş etdirir.

Tədbir “Qəhrəmanlıq dastanımız” adlı musiqili proqramınla davam etmişdir.

M.MÜKƏRRƏMOĞLU,

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında