Məmməd Səid Ordubadinin xatirəsi anılmışdır

Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisi, görkəmli ictimai xadim Məmməd Səid Ordubadinin (1872-1950)   ev muzeyində   yazıçının xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir.

   Ədibin xatirə muzeyində gerçəkləşən tədbirdə çıxış edən direktor, Əməkdar mədəniyyət işçisi Lalə Abaszadə yazıçının həyat və yaradıcılığından söhbət açmış, onun Azərbaycan ədəbiyyatına qiymətli nəsr nümunələri bəxş etdiyini bildirmişdir.

   Filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy Ordubadinin əsərlərinin bu gün də gənc nəsil üçün örnək olduğunu vurğulamışdır. Qeyd olunmuşdur ki, müəllifin “Qılınc və qələm”, “Dumanlı Təbriz”, “Döyüşən şəhər”, “Gizli Bakı” və digər əsərləri tarixi əhəmiyyətini itirməyib.

   Sonda tədbir iştirakçıları muzeyin eksponatları və yazıçının kitablarının sərgiləndiyi guşə ilə tanış olmuşlar.

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında