Azərbaycanın dinamik inkişafı dünya mətbuatında

Misirin nüfuzlu  “Əl-Əhram” qəzeti  Azərbaycanın dinamik  inkişafı  barədə məqalə dərc edib. Məqalədə  respubilkamızda müxtəlif sahələrdə, o cümlədən, siyasi, iqtisadi sahələrdə həyata keçirilən islahatlar haqqında söhbət açılır.   Müəllif yazır ki, son siyasi-iqtisadi reallıqlar  onu deməyə əsas verir ki,  Azərbaycanın uğuru yeni çağırışlara adekvat olaraq bütün sahələrdə davamlı islahatların aparılması ilə bağlıdır.  Şərq və Qərb sivilizasiyalarının qovuşuğunda  yerləşən Azərbaycanın   əvvəlki illərdəki sosial-iqtisadi qiymətləndirilməsi iqtisadi sahədə həyata keçirilən tədbirlərin məqsədyönlülüyündən xəbər verir. Müəllif vurğulayır ki, respubilkada  iri iqtisadi layihələr  həyata keçirilir. Məqalədə böyük iqtisadi  layihələrin ən önəmlilərindən birinin Bakı-Tbilisi-Qars dəmir yolu xətti olduğu bildirilir.  Qeyd olunur ki,  Bakı-Tbilisi-Qars  Avrasiyanın ən perspektivli layihələrindən biridir. Həmçinin bu xətt regionda turizmin inkişafına böyük töhfə verəcək.

 Məqalədə bildirilir ki, ölkə iqtisadiyyatı üç dəfədən çox artıb, qeyri-neft sektorunda artım üç dəfəyə yaxın olub və   kənd təsərrüfatı sahəsi sürətlə   inkişaf  edib .

Müəllif  bildirir ki, Azərbaycan beynəlxalq tədbirlərə, forumlara layiqincə ev sahibliyi edir. Ümumdünya Mədəniyyətlərarası Dialoq, Beynəlxalq Humanitar, Qlobal Bakı forumlarının,  Birinci Avropa Oyunlarını, İslam Həmrəyliyi Oyunları kimi mötəbər yarışları qeyd etmək olar.

Məqalədə Ermənistanın Azərbaycan ərazisinin  20 faizinin işğal etdiyi  və  bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyi oxucuların diqqətinə çatdırılır.

Müəllif  yazıda Azərbaycandakı tolerant, multikultural mühitə  də toxunub.  Bildirilir ki,  Azərbaycanda müxtəlif mədəniyyətlərin, sivilizasiyaların qarşılıqlı anlaşma şəraitində bir araya gəldiyi nadir ölkələrdəndir. Sürətlə inkişaf  edən və müxtəlif mədəni  dəyərlərə malik olan  bu ölkə xalqların, dinlərin nümayəndələrinin mehriban şəraitdə yaşadığı ən unikal məkandır.  Buna ən yaxşı nümunə 2016-cı ilin“Multikulturalizm ili” elan edilməsidir.

 

Ülviyyə VAHİDQIZI,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında