Mexikoda Novruz bayramı və Azərbaycan Mədəniyyəti Günü

Meksikanın Mexiko ştatının Naukalpan şəhərinin ən böyük və tanınmış Naukali parkında ölkəmizin Meksikada səfirliyinin təşkilatçılığı və Naukalpan şəhəri hökumətinin dəstəyi ilə "Novruz Bayramı və Azərbaycan Mədəniyyəti Günü" keçirilmişdir.

Trend  bildirib ki, tədbirdə Naukalpan şəhər sakinləri, həmçinin bir sıra ölkənin Meksikada səfirləri və digər diplomatik korpus nümayəndələri iştirak edib.

Azərbaycan Respublikasının Meksikadakı səfirliyinin müvəqqəti işlər vəkili Məmməd Talıbov qonaqları salamlayaraq Novruz bayramının Azərbaycan torpağında çox qədim kökləri olduğunu, ölkəmizdə bu əziz bayramın çox geniş və təntənəli şəkildə qeyd edildiyini dedi. O, bu bayramın qonaqpərvərlik, qarşılıqlı hörmət, rəğbət, səmimiyyət, dostluq və bərabərlik kimi dəyərlərinin xalqımızın mənəvi həyatına nüfuz etdiyini bildirdi. Azərbaycanın müxtəlif mədəniyyət təmsilçilərinin əsrlər boyu sülh və əmin-amanlıq şəraitində yaşaması ilə tanındığını vurğulamışdır.

Bu kimi tədbirlərin tez-tez keçirilməli olduğunu deyən diplomat beləliklə, Meksika və Azərbaycan xalqlarının bir-birinin zəngin mədəniyyət və ənənələri ilə tanış olmaq imkanını əldə etdiyini bildirdi. O, Novruzun turistlər arasında ən populyar bayramlardan biri olduğunu,  Azərbaycanda turist sayının ildən ilə artdığını qeyd etdi və tədbirin qonaqlarını ölkəmizə səfər etməyə çağırdı. Ölkə rəhbərliyi tərəfindən atılan ardıcıl və səmərəli addımlar nəticəsində, xüsusilə son illər Azərbaycanda turistik infrastrukturunun sürətli inkişafından söz açdı. M.Talıbov hər bir Meksika vətəndaşının ASAN Viza internet səhifəsinə daxil olaraq üç sadə addımın yerinə yetirilməsindən sadəcə üç saat sonra elektron viza əldə edə biləcəyi barədə xəbər verdi.

Tədbirə qatılan Naukalpan şəhəri sakinləri milli bayrama böyük maraq göstərdilər. Novruz bayramı zamanı bütün uşaqlar tərəfindən sevilən "Yumurta döyüşdürmə" ənənəsi Meksika uşaqları tərəfindən böyük sevinclə qarşılandı.

M.MÜKƏRRƏMOĞLU,

“Xalq  qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında