Azərbaycan ABŞ-da keçirilən sərgidə təmsil olunub

ABŞ paytaxtında yerləşən Corctaun Universitetində Azərbaycan mədəniyyəti təmsil olunub.

Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, martın 17-də dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Corctaun Universitetində Xarici Xidmət fakültəsinin təşkilatçılığı ilə magistratura pilləsində təhsil alan tələbələr üçün “Mədəniyyət axşamı” adlı sərgi keçirilib.

30 ölkənin təmsil olunduğu sərgidə xarici ölkə vətəndaşları ilə yanaşı ABŞ-ın müxtəlif ştatlarından olan və Corctaun Universitetində təhsil alan tələbələr iştirak etmişlər.

Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin dəstəyi ilə sözügedən tədbirdə ölkəmizin stendi qurulub, Azərbaycan mədəniyyəti haqqında müvafiq çap materialları və suvenirlər təqdim olunub. Sərginin Novruz bayramı ərəfəsində keçirildiyini nəzərə alaraq, tələbələr Azərbaycan milli şirniyyatlarına qonaq edilib. Sərgidə ölkəmizi həmvətənimiz Türkan Muxtarova təmsil edib.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında