Vətənə və dövlətə xəyanətdən böyük şərəfsizlik ola bilməz

 

Azərbaycan demokratik, dünyəvi, eyni zamanda hüquqi dövlətdir. Ölkəmizdə hər şeyi qanunlar tənzimləyir və bu qanunlar dövlətimizin bütün vətəndaşlarına tətbiq olunmalıdır, olunur da. Bu mənada, Sülh və Demokratiya İnstitutunun direktoru, hüquq müdafiəçisi Leyla Yunusun həbs olunması ətrafında şou düzəltmək istəyənlər özlərinin pis əməllərini ifşa etmiş olurlar.

Belələri məqsədlərinə çatmayacaqlar. Çünki hər kəs kimin kim olduğunu çox yaxşı bilir.

Biz onu da bilirik ki, xalqımızı sevməyən xarici qüvvələr Azərbaycana nə qədər ziyan vurublarsa, Leyla Yunus onlardan bəlkə də 10 dəfə artıq ziyan vurub. Bu məxluqun işi-gücü  xaricdə, beynəlxalq təşkilatlarda Azərbaycanın imicinə zərbə vurmağa çalışmaqdır.  Leyla Yunusun ictimai fəaliyyəti ancaq öz millətinə, dövlətinə böhtan atmaqdan ibarətdir. Bu qadın  öz ana dilində danışa bilmir və hər yerdə deyir ki, mən Azərbaycan dilini ancaq pis sözlər demək üçün istifadə edirəm. Yəni bir adam ki, öz ana dilinə həqarət edir, ondan nə gözləmək olar? Təbii ki, heç nə. Belə bir “hüquq müdafiəçisi” heç vaxt öz ölkəsinin insanlarının taleyini düşünə bilməz. Çünki belələrinin məqsədi ancaq hər şeydən istifadə etməklə pul qazanmaqdır.

Çoxumuza məlumdur ki, Leyla Yunus hələ Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti dövründə Müdafiə Nazirliyində işləyərkən də casusluq fəaliyyəti ilə məşğul idi. Həmin vaxt Leyla Yunus yenə də öz Vətəninə, öz xalqına xəyanət edirdi. Elə torpaqlarımızın işğal edilməsində də Leyla Yunusun böyük xidmətləri var.  Ona görə də kimin əməlində ki,  cinayət tərkibi var,  araşdırılmalı və qanun çərçivəsində layiqli qiymət verilməlidir.

Erməni lobbisinə və dünyadakı bəzi ermənipərəst dairələrə arxalanaraq qanunları pozmaq, ölkəmizin imicinə zərbə vurmaq üçün şər-böhtan kampaniyası aparmaq, əsassız məlumatlarla beynəlxalq təşkilatları aldatmağa çalışmaq yolverilməzdir. Gec-tez bütün bu əməllərə qarşı Azərbaycanın qanunları çərçivəsində konkret addımlar atılmalı idi və çox sevindirici haldır ki,  nəhayət, atıldı. Biz vətəndaş olaraq bunu ancaq alqışlaya bilərik.

Feyzulla ƏLİYEV,

Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Yurdçu kənd sakini


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında