Azərbaycan ziyalılarının səsi Sevastopol radiosunda

 

 

 

Krım vilayətinin Sevastopol şəhər radiosunda yayımlanan “Azərbaycan-Qobustan” proqramı öz fəaliyyətini davam etdirməkdədir. Ukraynada baş verən hadisələr bu proqramın yayımına heç bir təsir göstərməyib. Həmişə oduğu kimi, yenə də bu radionun efir dalğalarından Azərbaycan ziyalılarının, müğənnilərinin, elm, mədəniyyət və incəsənət xadimlərinin səsi eşidilməkdədir.

Bununla yanaşı, həmin radioda milli adət-ənənələrimiz, mənəvi dəyərlərimiz və iqtisadi inkişafımız barədə mütəmadi məlumatlar səsləndirilib. “Azərbaycan-Qobustan” proqramı növbəti verilişini əsasən ziyalılara həsr edib.

Proqramın müəllifi və aparıcısı Həbib Əliyevlə görüşümz zamanı öyrəndik ki, Sevastopolda Azərbaycanın adət-ənələri böyük maraqla izlənilir. Ona görə də “Azərbaycan-Qobustan” proqramına diqqət böyükdür. Həbib müəllimin dediyinə görə, sonuncu verilişdə Azərbaycan ziyalılarının çıxışları əsasında maraqlı fikirləri səsləndirilib. AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadənin fəlsəfənin mövcud durumu, Şərq fəlsəfəsi və fəlsəfənin qədim tarixi haqqında rus dilində dərin və samballı çıxışı böyük maraqla qarşılanıb. Hətta ertəsi gün redaksiyaya çoxsaylı zənglər olub. Xüsusilə, yerli ziyalılar, filosoflar İlham Məmmədzadənin çıxışını təkrar səsləndirməyi xahiş ediblər.

Həbib Əliyev dedi ki, Milli Məclisin deputatı, fəlsəfə elmləri doktoru, parlamentdəki Azərbaycan-Uruqvay dostluq qrupunun sədri Cavanşir Feyziyevin çıxışı böyük maraqla qarşılanıb. O, Azərbaycan Prezidentinin son illərdəki fəaliyyətindən, ölkəmizin bu illər ərzində siyasi, iqtisadi, mədəni sahələrdə qazandığı uğurlardan söhbət açıb. C. Feyziyev deyib ki, son on ildə Azərbaycan dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşulub. Respublikamızın beynəlxalq aləmdəki reytinqi daha da artıb. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasi strategiyanın cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın dünya birliyindəki nüfuzunu xeyli artırıb. Bu gün Azərbaycan beynəlxalq qurumların öz tədbirlərini keçirdiyi məkana çevrilib.

Naxçıvan Dövlət Universitetinin rektoru, biologiya elmləri doktoru, əməkdar elm xadimi Saleh Məhərrəmov isə Naxçıvanda elmin, təhsilin inkişafı, ziyalılara göstərilən qayğıdan, muxtar respublikada keçirilən beynəlxalq miqyaslı görüşlərdən və iqtisadi inkişafdan danışıb. S.Məhərrəmovun çıxışı ermənilərin Sevastopolda Naxçıvan haqqında yaydıqları yalan informasiyalara tutarlı cavab olub.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşlarının çıxışları isə Azərbaycan dilinin inkişafı, saflığının qorunması və işlədilməsi ilə bağlı olub. Filologiya elmləri doktoru, professor Oruc Musayev, Zülfiyyə Əliyeva, professor İsmayıl Məmmədli, Sevinc Əliyeva, Qüdrət Səfərov ana dilimizin qədimliyindən və zənginliyindən söhbət açıblar.

Həmsöhbətim bildirdi ki “Azərbaycan-Qobustan” proqramında Azərbaycanın generalları haqqında da məlumatlar səsləndirilib. Budəfəki proqramda hərbçi -jurnalist Şəmistan Nəzirli Azərbaycyn generalları, əfsanəfi qəhrəman Mehdi Hüseynzadə və qocaman jurnalist Yusif Kərimiovun Azərbaycan partizanlarından bəhs edən əsəri haqqında məlumat verilib.

Sonuncu proqramda Nizami Musayevin Məhəmməd Peyğəmbər Salavatullah haqqında yazdığı “Şərqdən doğan Günəş” poeması ilə yanaşı, AMEA-nın Kibernetika İnstitutunun laboratoriya müdiri, texnika elmləri doktoru Ağakərim Məmmədlinin həyat və fəaliyyəti haqqında da məqalə səsləndirilib. Həmişə olduğu kimi, bu dəfə də proqram Azərbaycan müğamları ilə başa çatıb.

Əliqismət BƏDƏLOV, “Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında