“Xahiş edirəm” siyasi məhbus dəllalı, vicdan alverçisi, hüquq bazarkomu “Leyla Yunus barədə yazanda bu faktı da yada salın...”

 

 

Dünən redaksiyamıza  bir hərbi ekspert  zəng etmişdi. Beynəlxalq təşkilatlarla birlikdə çalışdığına görə adının qəzetdə verilməməsini xahiş etdi. Bildirdi ki,  Sülh və Demokratiya İnstitutunun direktoru,  üzdəniraq hüquq müdafiəçisi Leyla Yunus haqqında seçilən həbs qətimkan tədbiri  çox ədalətli qərardır. Çünki o, istənilən məqamdan həyasızcasına istifadə edərək Azərbaycana qarşı amansız mübarizə aparmağa çalışırdı:

— Mənim yadımdadır, bu il iyun ayının 16-da  Bakıda “Four Seasons”  mehmanxanasında   NATO Parlament Assambleyasının “Cənubi Qafqaz:çağırışlar və imkanlar” adlı 86-cı “Rouz-Rout” seminarı keçirilirdi.  Həmin bu iyrənc xarakterli bədnam sima — yəni Leyla Yunus fasilə zamanı fürsətdən istifadə edərək  tədbir iştirakçıları üçün əməlli-başlı  siyasi məhbus sərgisi yaratdı. Hansı günah üzündən, hansı maddə ilə həbs olunduğu bilinməyən  bir neçə məhkumun şəkillərindən ibarət plakatı  götürüb  başladı  otelin foyesində qara-qışqırıq salmağa.

 Onun kimin gözünə girmək üçün dəridən -  qabıqdan çıxdığı məlum idi. Gün kimi aydın idi ki, bu vay-şüvənlik ermənilərdən pul qopartmaq üçündür. Bu əməlin avropalı qonaqların gözü qarşısında törədilməsi isə birbaşa Azərbaycanın imicinə zərbə vurmaq məqsədi daşıyırdı.  Bu erməni xidmətçisi  səsini başına ataraq “Azərbaycanda 130-dan çox siyasi məhbus var” - deyə haray çəkirdi.  Guya həmin məhbusların 40 nəfəri vicdan məhbusudur. Heç kəs də ondan soruşmurdu ki, sən həmin adamları haradan tanıyırsan, yaxud, ümumiyyətlə tanıyırsanmı? Amma, bir məsələ daha çox maraqlıydı. Avropalıların heç biri səsi özünə xoş gələn  bu adamın təşkil etdiyi tamaşaya  ciddi münasibət bildirmir, məhəl qoymurdu.  Həmin “ biganəlik” isə hüquq müdafiəçisini əsəbiləşdirir, o, daha ucadan çığırmağa cəhd edirdi.

Tədbir iştirakçıları arasında onu  dəli, xəstə, aferist, çoxbilmiş və hətta həqiqətən həbsxanadakı adamların halına acıyan qadın kimi qəbul edənlər  ola bilərdi. Ancaq mən dəqiq bilirdim ki, o, bir tədbirdən ən azı üç-dörd istiqamətli qazanc əldə etməyə çalışır. Məhbus sahiblərinə verdiyi vədlərin reallaşmasına çalışmaq, qrantverənlərin diqqətini cəlb etmək, Azərbaycanın imicinə xələl gətirmək və ən azı beynəlxalq tədbirin pozulmasına nail olmaq.  Elə tədbirdə  NATO xətti ilə iştirak edən ermənilər də seminarın  baş tutmamasını istəyirdilər. Yəni, Leyla ilə həmin ermənilərin o qədər də fərqi yox idi. 

 Leyla Yunusun o qədər qışqırıqdan sonra başqa arzularına hansı dərəcədə çatıb-çatmadığını bilmirəm. Amma onu bilirəm ki, tədbirin pozulmasına nail ola bilmədi. Çünki avropalılar  bu qəbildən olan insanların  kim olduğunu təxmini də olsa bilirdilər. Bəlkə də elə ona görədir ki, tədbir iştirakçıları Leyla Yunusun hansı əxlaqa, hansı  əməllərə  malik olduğundan xəbərləri varmış kimi davranırdılar. Bir də ki, avropalılar beynəlxalq təşkilatların tədbirləri zamanı ermənilərin belə hay-küy saldığını yüz dəfələrlə görüblər.

Orada xüsusilə qeyd edilməli bir məqam da olmuşdu. Leyla Yunus Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı keçmiş səfiri Mətyu Brayzanın üstünə qışqıraraq  ona nəyisə “başa salmağa”  çalışırdı . Mən sonradan mətbuatda oxudum ki, o,  “Azərbaycandakı vəziyyətə görə” amerikalı diplomatı günahkar hesab edir və diplomata deyirmiş ki,  siz Azərbaycandakı vəziyyətdən utanmalısınız. Özünü hüquq müdafiəçisi, siyasətçi kimi təqdim edən bir adamın yaşadığı ölkədəki vəziyyətə görə xarici ölkə diplomatını qınaması tamamilə absurd və gülməli idi.

Mən o zaman həmin absurd və gülməli məntiqə görə Leyla Yunusu qınaya bilməzdim. Çünki həmin anadək onun düz-əməlli bir bəyanatını eşitməmişdim. Sonda qeyd edim ki, hüquq-mühafizə orqanları ona həqiqətən layiq olduğu ünvanı göstəriblər.

Qələmə aldı:

İ. MİRZƏBƏYLİ,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında