Leyla Yunus sanki kiminsə qarşısında öhdəlik götürüb ki, Azərbaycan dövlətinə və xalqına böhtan atmaqdan usanmayacaq

 

Leyla Yunus bütün ömrü boyu Azərbaycana qarşı fəaliyyət göstərib. Onun ölkəmizə və xalqımıza bu qədər nifrətinin kökündə nəyin gizləndiyini anlamaq çətindir. Ölkəmizdə  xeyli sayda hüquq müdafiəçisi olsa da, Leyla Yunus kimi Azərbaycana qənim kəsiləni indiyədək nə görmüş, nə də eşitmişəm.

Doğru deyiblər ki, kimsə görmək istəməyəndən kor, eşitmək istəməyəndən kar ola bilməz. Onu və onun kimiləri alternativ düşüncənin olduqca ağır çəkili nümayəndələrindən biri kimi təqdim etməyə çalışanlar, yaxşı olar ki, özləri haqqında yaratdıqları miflərdən və əfsanələrdən ayrılıb, infantil zehniyyətdən azad olsunlar. Belə zehniyyətin daşıyıcıları üçün isə  hamılıqla qəbul olunmuş normaların tətbiqi zəruri şərt kimi qoyulmalıdır.

Onun ölkə başçısına ünvanladığı “Gözəl anlayıram — arxalanacağınız, güvənəcəyiniz heç kim yoxdur” - ifadəsi Leyla Yunusun nə qədər bəsit ağıl sahibi olduğunun birbaşa təsdiqidir. Doğrudanmı o, Azərbaycanda hər kəslə, müqayisə edilməyəcək səviyyədə İlham Əliyev sevgisi olduğunu bilmir? Buna riyakarlıqdan başqa hansı adı vermək olar? Leyla Yunus kimilərin dövriyyəyə buraxdığı  “vahimədən, qorxudan, diktaturadan qidalanan” ölkə deyil, güclü, çoxlarının hesablaşdığı, qanunların aliliyinə söykənən, demokratik Azərbaycan mövcuddur. Azərbaycanı sevənlər bu Vətəni, onun Prezidentini  bu cəhətlərinə görə sevir, onunla qürur duyurlar. Qərb dəyərləri, insan haqları, demokratiya barədə usanmadan qəzəl oxuyan Leyla Yunus və həmfikirləri görəsən, ABŞ hərbçilərinin Salvador Alyende tərəfdarı olan qadınlara sözlə ifadə edilməsi mümkün olmayan işgəncələri, Əfqanıstanda, İraqda insan ağlını donduran vəhşilikləri haqqında heç nə eşitməyiblərmi? Axı Azərbaycanda insanlığa sığmayan belə faktlar bu ölkəyə çox da rəğbəti olmayan beynəlxalq təşkilatların heç birinin hesabatında əks olunmayıb. Leyla Yunus və həmfikirləri qəbul etməkdə zorlanırlar ki, Azərbaycan əhalisinin mütləq əksəriyyətinin dövlətə yönəlik sədaqətləri hakimiyyətin verdiyi siyasi mədəniyyətin ən önəmli və bəlkə də yeganə şərtinə vicdanlı cavab reaksiyasıdır.

İlk Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsinə qarşı Leyla Yunusun Təşkilat Komitəsinin rəhbərliyinə ünvanladığı məktubda “erməni qırğınlarını və milli mənsubiyyətə görə qətlləri pisləyən “Daş yuxular” romanı yandırılan Əkrəm Əylisliyə dəstəkdən, ... əl-ələ tutan Azərbaycan və Ermənistan qadınları..."ndan bəhs edən Leyla Yunus, görəsən, hansı əxlaqla və haqla özünü Azərbaycan xalqının fövqündə görür. Bütün Azərbaycan xalqının lənətlədiyi bir əsərə qahmar çıxmağı, “azərbaycanlılar alman faşistlərindən daha iyrəncdirlər” hayqıran erməni qadınları ilə əl-ələ tutmağı ləyaqəti varsa, ona necə sığışdırır? Bir də axı onun kimi “mən Azərbaycan dilini ancaq pis sözlər demək üçün istifadə edirəm”- deyən, yüksək intellekti, ziyalılığı ilə öyünən bir adamdan bundan artıq nə gözləmək olar?

Leyla Yunus və onun kimilərin əməlləri onu tanıyanların yaddaşlarında hələ də çox təzədir. Müxalifət düşərgəsinin “boss”ları çox sadə bir həqiqəti anlamaq səviyyəsində deyillər ki, qapını səhvlərinin, xətalarının üzünə bağladıqca həqiqət içəri girə bilməyəcək. Görünür, onların da ən çox qorxduqları elə budur: səhvləri və xətaları ilə üzləşmək, onları etiraf etmək.

Fizzə MƏMMƏDOVA, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən “Təmiz Dünya” İctimai Birliyinin sədri, kimya üzrə fəlsəfə doktoru

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında