Azərbaycanın ABŞ-dakı səfirliyi Leyla və Arif Yunusun işi haqda bəyanatı Helsinki Komissiyasına göndərib

 

Azərbaycanın ABŞ-dakı səfirliyi Leyla və Arif Yunusun işi haqda bəyanatı Helsinki Komissiyasına göndərib.

Sənəddə deyilir ki, bəzi hökumət orqanlarının və qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasının vətəndaşları, ölkənin dövlət təhlükəsizliyinin, suverenliyinin və müdafiə qabiliyyətinin zəiflədilməsinə imkan yaradan hərəkətlərdə və başqa əməllərdə şübhəli bilinən Leyla və Arif Yunusun işi barədə söylədikləri və bəyanatları Azərbaycan Respublikasının qanunlarına tam müvafiq şəkildə həyata keçirilən hüquqi prosesə və cinayət təhqiqatına siyasi rəng vermək üçün uğursuz cəhdlərdir.

Azərbaycanın ABŞ-dakı səfirliyi öz bəyanatında vurğulayır ki, son üç ayda Leyla və Arif Yunus şahid qismində ifadə vermək üçün Baş Prokurorluğa çağırılmasına baxmayaraq, onların heç biri Baş Prokurorluğa gəlməyib və gəlməmələrinin səbəblərini izah etməyib. Üstəlik, onlar qeyri-qanuni şəkildə ölkəni tərk etməyə cəhd göstəriblər.

İyulun 30-da Leyla və Arif Yunusun ifadə verməkdən imtina etməsindən və şahidlərə açıq təsir göstərmək, habelə təhqiqatın gedişinə müdaxilə etmək cəhdlərindən sonra məhkəmənin qərarı ilə Leyla Yunus barəsində ilkin həbs şəklində qətimkan tədbiri seçilib, Arif Yunusdan isə ölkədən getməmək barədə iltizam alınıb və o, hüquq-mühafizə orqanlarının nəzarətinə götürülüb. Əgər şübhəli şəxslər Baş Prokurorluğa gəlsəydilər və vaxtında ifadə versəydilər, bu tədbirlərə ehtiyac olmazdı.

Bəyanatda daha sonra deyilir ki, Leyla və Arif Yunus Azərbaycan Respublikasının hər bir vətəndaşının malik olduğu hüquq və azadlıqlara malikdirlər. Eyni zamanda, Azərbaycan Respublikasının istənilən başqa vətəndaşı kimi, onlar da Azərbaycan Respublikasının qanunlarına riayət etməyə borcludurlar və siyasi bəyanatlarla çıxış edərək məhkəmə prosesinə etinasızlıq göstərə bilməzlər. Leyla və Arif Yunus faktiki olaraq onlarla xüsusi davranış tələb edir, bununla da özlərini qanundan və öz həmvətənlərindən yuxarı tuturlar. Təəssüf ki, öz ölkələrində qanunlara və hüquq prosesinə ciddi riayət etməyə çağıranlar Azərbaycanda Leyla və Arif Yunus tərəfindən fundamental hüquq prosedurlarının aşkar pozulmasına haqq qazandırırlar.

Azərbaycanın hakimiyyət orqanları vurğulayırlar ki, bu şübhəli şəxslər milli qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlara, o cümlədən öz vəkilinə müraciət etmək hüququna malikdirlər və həbs edildikləri ilk dəqiqədən onlara vəkil verilib. Onların işinin təhqiqatı obyektiv, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəllənin tələblərinə ciddi müvafiq şəkildə aparılacaqdır.

Səfirliyin bəyanatının sonunda deyilir ki, Azərbaycan öz müstəqilliyini bərpa edəndən sonrakı son 20 il ərzində demokratik təsisatlar, müstəqil və səmərəli məhkəmə sistemi qurmaqda davam edir. Azərbaycanın hakimiyyət orqanları ölkənin ictimai təsisatlarının fəaliyyətinə müdaxilə faktına, habelə Leyla və Arif Yunusun işi üzrə təhqiqatı siyasiləşdirmək cəhdlərinə görə narahatdırlar və bu faktlar Azərbaycan məhkəmə sisteminin müstəqilliyinə meydan oxumaqdır.

Yusif BABANLI,

AzərTAc-ın xüsusi müxbiri

Vaşinqton


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında