Heydər Əliyev Fondu və IDEA İctimai Birliyi “Ağacların kəsilməsinə yox!” birgə proqramına başlayır

 

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu və IDEA İctimai Birliyi aktual ekoloji problemlərin həlli və əhali arasında ictimai-ekoloji nəzarətin gücləndirilməsi məqsədilə “Ağacların kəsilməsinə yox!” proqramının həyata keçirilməsinə başlayır.

İctimai Birlikdən bildirilmişdir ki, proqram çərçivəsində “Təbiətə təcili yardım” qaynar xətti və mobil qrupu yaradılacaqdır. Belə ki, vətəndaşlar qanunsuz ağac kəsilməsi halları ilə rastlaşdıqda qaynar xətt vasitəsi ilə şikayət və təkliflərini IDEA İctimai Birliyinə çatdıra biləcəklər. Mobil qrup isə daxil olan şikayətləri yerində araşdıracaq, problemlə bağlı əlavə sübutları, foto və video materialları toplayacaqdır.

Bundan əlavə, vətəndaşlar qanunsuz ağac kəsimi ilə bağlı müraciətlərini IDEA İctimai Birliyinin rəsmi internet səhifəsinə (www.ideacampaign.org) daxil olmaqla da ünvanlamaq imkanı əldə edəcəklər. Problemi daha dəqiq işıqlandırmaq üçün ağac kəsilən ərazinin fotolarını da veb-səhifəyə yükləmək mümkün olacaqdır. Şikayət və təkliflər IDEA-nın əməkdaşları tərəfindən yerində araşdırıldıqdan sonra toplanmış sübut və materiallar hadisə ilə bağlı qərar verilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim ediləcəkdir. IDEA göndərilən müraciətlərdə öz əksini tapan problemlərin həlli prosesini izləyəcəkdir.

Xatırladaq ki, IDEA İctimai Birliyi fəaliyyət göstərdiyi 3 il müddətində insanların, xüsusilə gənc nəslin ekoloji cəhətdən maariflənməsində böyük rol oynamış, ölkəmizdə təbii mühitin sağlamlaşdırılmasına təkan verilməsi üçün iri və kiçik miqyaslı ekoloji layihələr həyata keçirmişdir. Bu tədbirlər arasında kütləvi ağacəkmə aksiyaları xüsusi yer tutur. Aksiyalar zamanı bu günədək 3 milyon 472 mindən çox ağac əkilmişdir.

AzərTAc

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında