Yeni Azərbaycan Partiyasının regional inkişaf və yerli özünüidarə komissiyasının iclası

 

 

Mayın 3-də Yeni Azərbaycan Partiyası (YAP) regional inkişaf və yerli özünüidarə komissiyasının iclası keçirilmişdir. Komissiyanın sədri, Milli Məclisin deputatı Arif Rəhimzadə iclası açaraq tədbirdə Bakı şəhərinin Nizami rayonunda, Ağcabədi və Beyləqan rayonlarında məişət tullantılarının yığılması, çeşidlənməsi və emalının təşkili haqqında məsələnin müzakirə ediləcəyini bildirmişdir. Sonra hər üç rayonun icra hakimiyyətlərinin başçıları məsələ ətrafında çıxış etmişlər.

Bildirilmişdir ki, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar müsbət dəyişikliklərə imkan yaradır və bir çox problemlərin həllini, əhalinin rifah halının yaxşılaşdırmasını təmin edir. İnsanların sağlamlığının qorunması baxımından ekologiyanın mühafizəsi sahəsində də mühüm tədbirlər həyata keçirilir. Bakı şəhərində Balaxanı zibilxanasının ləğv edilməsi, orada müasir zavodun tikilməsi məişət tullantılarının yığılması və emalı sahəsində əsaslı dönüş yaratmışdır.

Qeyd olunmuşdur ki, Bakı şəhərinin Nizami rayonunda, Ağcabədi və Beyləqan rayonlarında məişət tullantılarının yığılması, çeşidlənməsi və emalı məsələləri ilə əlaqədar bir sıra işlər görülmüşdür. Bu işlərin həyata keçirilməsində “Ətraf mühitin mühafizəsi haqqında”, “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının qanunları və Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələr rəhbər tutulmuşdur. Hazırda təmizliyin təmin edilməsi, məişət tullantılarının yığılması ilə bağlı əhali arasında maarifləndirmə tədbirləri aparılır, iməciliklər təşkil edilir, yaşıllıq sahələri genişləndirilir.

Komissiyanın iclasında müzakirə olunan məsələ ətrafında müzakirələr aparılmışdır.

Müzakirələrin nəticəsində komissiya şəhər və rayonlarda mənzil-kommunal təsərrüfatı məsələlərinin vahid qurumda cəmləşməsi məsələsinin YAP İdarə Heyətində baxılmasını və hökumət qarşısında məsələ qaldırılmasını qərara almışdır.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında