“İdarəetmə qərarlarının qəbulunda informasiya sistemlərinin rolu”

 

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş silsilə tədbirlərin davamı olaraq “İdarəetmə qərarlarının qəbulunda informasiya sistemlərinin rolu” mövzusunda respublika elmi konfransı keçirilmişdir.

Konfransın mövzusu müasir şəraitdə qərar qəbulu məsələlərində informasiya texnologiyalarından istifadənin aktuallılığına həsr olunub. Konfransın işində dövlət qurumları, bələdiyyələr, respublikanın ali təhsil müəssisələri həmçinin qeyri-hökumət təşkilatı nümayəndələri, tanınmış alimlər və qabaqcıl texnologiyalar üzrə tanınmış mütəxəssislər iştirak etmişlər.

 Elmi konfransını giriş sözü ilə açan akademiyanın rektoru, akademik Urxan Ələkbərov iştirakçıları salamlamış, ümummilli liderin dövlətçiliyimizin qorunması sahəsində gördüyü işlərdən danışaraq, onun dövlətçilik salnaməmizə yazdığı səhifələri bir daha xatırlatmışdır. Rektor Heydər Əliyev dövlət idarəçilik irsinin öyrənilməsi istiqamətində ölkəmizdə görülən işlərdən, onun zəngin idarəetmə təcrübəsindən danışmış, bu irsin tələbə və müdavimlərə öyrədilməsi üçün akademiyada həyata keçirilən məqsədyönlü işlərdən söz açmışdır.

U. Ələkbərov əsası ümummilli lider tərəfindən qoyulan strateji istiqamətin, onun siyasi kursunun davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və respublikamızda informasiya cəmiyyətinin qurulması istiqamətində dövlət səviyyəsində məqsədyönlü işlərin görüldüyünü qeyd etmişdir.

Respublika elmi konfransında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət idarəçiliyində informasiya texnologiyaları” kafedrasının müdiri, iqtisad elmləri doktoru X.Hüseynova “Dövlət sektorunda idarəetmə qərarlarının qəbulunda mütərəqqi texnologiyaların tətbiqi xüsusiyyətləri”, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsinin rəisi, texnika elmləri doktoru, gömrük xidməti general-mayoru İ.Babayev “Dövlət təşkilatlarında innovasiya layihələrinin idarə olunması prinsipləri”, Energetika Nazirliyinin Dövlət və Beynəlxalq Proqramlara Nəzarət Departamentinin rəhbəri, iqtisad elmləri doktoru M.Məmmədov “Enerji sektorunun idarəedilməsində proqram məqsədli metodun səmərəliliyi”, AMEA-nın İqtisadiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, iqtisad üzrə fəlsəfə doktoru A.Muradov “İKT-nin iqtisadi inkişafa təsiri: səmərəlilik, reallıqlar və perspektivlər”, AMEA-nın Kibernetika İnstitutunun dosenti H.Cəfərova “Bank göstəricilərinin klaster modelinin qərar qəbulunda rolu”, Qərb Universitetinin kafedra müdiri, dosent E.Abasov “Qeyri-müəyyənlik şəraitində bank risklərinin riyazi modelləşdirilməsi”, Qərb Universitetinin dosenti A.Həsənova “Oyunlar nəzəriyyəsinin qərar qəbulunda tətbiqi” və.s mövzularda məruzə və maraqlı təqdimatlarla çıxış etmişlər.

Elmi konfransda qabaqcıl texnologiyaların tətbiqinin əhəmiyyəti, əldə edilmiş uğurlar və dünya təcrübəsindən istifadə problemləri müzakirə olunmuş, inkişaf perspektivləri konkret təkliflərlə müəyyənləşdirilmişdir.

Ə.BƏDƏLOV, “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında