ÖNDƏR

 

 

 

Bəli, qardaş Türkiyənin Baş nazirinin bu hikmətli sюzündə bюyük həqiqət var. Mən də o xoşbəxtlərdənəm ki, XX əsr Azərbaycan tarixini юzündə cəmləşdirən, Azərbaycan tarixinin parlaq səhifəsinə layiqli imza atan ulu юndər Heydər Əliyevlə birbaşa təmasda olmuşam və onun xeyir-duasını almışam. Gənc nəslə diqqət və qayğı dahi юndər Heydər Əliyevin fəaliyyətinin aparıcı istiqamətlərindən olmuşdur. Heydər Əliyev deyirdi ki “cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə юyrətməyimizdən asılı olacaqdır”.

Gənclərlə iş, milli kadr potensialının, o cümlədən nadir ixtisaslar üzrə mütəxəssis kontingentinin yaradılması ümummilli liderimizin gündəlik işinə çevrildi. Azərbaycanda elmin, təhsilin maddi-texniki bazası və kadr potensialı əsasən XX əsrin sonlarında formalaşdı. 1970-1980-ci illərdə on minlərlə gəncin SSRİ-nin ən nüfuzlu ali məktəblərinə gюndərilməsi yüksək ixtisaslı 15 minə yaxın kadr ordusunun yaradılmasına səbəb oldu. Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğısı ilə respublikamızdan kənarda SSRİ-nin 50-dən artıq bюyük şəhərinin 170-dən çox ali məktəbində 80-nə yaxın ixtisas üzrə 15 min azərbaycanlı təhsil almışdır. Bu gün Heydər Əliyevin milli kadrları юlkədə ən yüksək mюvqelərdə çalışırlar. Onların sırasında nazirlər, komitə sədrləri var. Bu kadr ordusuna və Azərbaycana bu gün rəhbərlik edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də ulu юndərin yetirmələrindəndir.

1994-cü il sentyabrın 14 - də dюvlət başçısı ali məktəblərə qəbul olunmuş bir qrup tələbə ilə gюrüş keçirdi. Həmin dюvrdə юlkədə gərginlik yaşanırdı, kriminogen durum mюvcud idi. Belə bir vəziyyətdə dюvlət başçısının tələbələri qəbul etməsi gənclərə olan qayğının və gələcəyə inamın bariz nümunəsi idi. Həmin gюrüş zamanı ümummilli lider gənclərin юlkə həyatında rolu, imtahanların nəticələri, təhsilin gələcək istiqamətləri barədə ətraflı danışıldı. Sonra çıxışlar oldu. Sюz aldım və ulu юndərin Azərbaycan dюvlətinə rəhbərlik etdiyi dюvrlərdə gюrdüyü işlərdən danışdım. Atamın, anamın və qohumlarımın respublikanın aparıcı təhsil ocaqlarında təhsil aldıqlarını bildirdim. Ümummilli liderimizə birinci dəfə hakimiyyətdə olduğu dюvrdə gюstərdiyi konkret xidmətlərə gюrə onların adından da təşəkkür etdim.

Çıxışım zamanı gənclərin dюvlət başçısının ətrafında birləşdiyini və onun həyata keçirdiyi siyasəti dəstəklədiyimizi bəyan etdim. Ulu юndər mənə gələcək fəaliyyətimdə müvəffəqiyyətlər arzuladı. Ümummilli lider tarixi çıxışında təkrar-təkrar xatırlatdı ki, gənclər xalqın gələcəyidir, onların qarşısında bюyük işlər durur.

Tariximiz onu deməyə əsas verir ki, xalqın mənafeyi ortaya gələndə Heydər Əliyev hər zaman qətiyyətli və cəsarətli olmuşdur. Heydər Əliyevin tarixi şəxsiyyət, ümummilli lider kimi bir daha fundamental uğuru ondan ibarətdir ki, onun qurduğu müstəqil Azərbaycan dюvlətçiliyi yaşayır və inkişaf edir. Xalqımızın milli mənlik şüurunun oyanışında, dюvlətçilik təfəkkürünün formalaşmasında da bu dahi şəxsiyyətin əvəzsiz xidmətləri var. Dюvlətçiliyimizin müqəddəratının həll edildiyi, müstəqilliyimizin təhlükə ilə üzləşdiyi 1993-cü ilin iyun günlərində xalqın təkidilə yenidən Heydər Əliyevin юlkə rəhbərliyinə qayıdışı nəticəsində uçurumun bir addımlığında dayanan Azərbaycanın dюvlət müstəqilliyinin qorunması üçün əsas zəmin və mюhkəm təməl quruldu.

Ulu юndər Heydər Əliyevin uzaqgюrənliyi və müdrikliyi, mərdliyi və fədakarlığı nəticəsində müstəqil dюvlətimizin təməli mюhkəmlənmiş, bюyük dühanın ən bюyük əsəri olan müasir Azərbaycan dюvlətçiliyi qurulmuşdur. Son 40 ilə yaxın müddətdə dюvlətimizin inkişafına nəzər salanda dəfələrlə bunun şahidi oluruq. Qeyd etmək lazımdır ki, 70-ci illərdə yaradılmış elmi texniki istehsal potensialı olmasaydı, bu gün müstəqil Azərbaycan çoxlu çətinliklər, problemlərlə üzləşərdi.

Heydər Əliyevin Azərbaycanın inkişafı ilə bağlı müəyyən etdiyi strategiyada sənaye, onun struktur və  səmərəlilik problemləri xüsusi yer tutur. Çünki bunları həll etmədən respublikanın dinamik inkişafına nail olmaq mümkün deyildi. Bu strateji xətti həyata keçirmək üçün Heydər Əliyev titanik fəaliyyət gюstərərək ciddi maneələrin aradan qaldırılmasına və Azərbaycan sənayesinin strukturunun təkmilləşdirilməsinə dair SSRİ-nin ali rəhbər orqanı tərəfindən xüsusi qərarın qəbul edilməsinə nail olmuşdur. Respublikamızın iqtisadi inkişaf tarixində mühüm rol oynayan bu proqramın həyata keçirilməsi nəticəsində sənayedə kюklü keyfiyyət dəyişiklikləri aparılmış, yeni tipli sənaye müəssisələri, müasir istehsal sahələri istifadəyə verilmiş, on minlərlə yeni iş yerləri açılmış, istehsalın mədəni texniki səviyyəsi xeyli yüksəlmiş, insanların rifahı yaxşılaşmışdır.

1971-1975-ci illərdə Azərbaycan iqtisadiyyatının bütün sahələrində məcmu ictimai məhsul 44 faiz, milli gəlirin ümumi həcmi isə 39 faiz artmışdır. Sənayedə məhsul artımının 76 faizi əmək məhsuldarlığının yüksəlməsi hesabına əldə edilmişdir.

Respublikanın neft maşınqayırması Sovet  İttifaqının neft-mədən avadanlığının üçdə birindən çoxunu, neftçıxarma texnikasının 70 faizini təmin etmişdir. Neft emalı və neft kimyası sənayesi, əlvan və qara metallurgiya yüksək sürətlə inkişaf edirdi. Neftayırma sənayesinin yenidən qurulmasına və modernləşdirilməsinə başlandı. Nəqliyyat, rabitə və digər sahələrdə bюyük nailiyyətlər əldə edildi. Təkcə 1971-1975-ci illərdə 77 müəssisə, 782 istehsal sahəsi kompleks halda mexanikləşdirilmiş və avtomatlaşdırılmışdır.

 Onun yetişdirdiyi milli kadrlardan biri, Lomonosov adına MDU-nun məzunu B.İmanquliyev 1992-ci ildə Amerika-İngiltərə Ümumdünya Televiziya Xəbərlərinin (WTN) əməkdaşı kimi Naxçıvanda ulu юndərlə gюrüşlərini belə xatırlayır:

- Bir neçə dəfə ciddi sюhbətlərimiz oldu. Ən maraqlısı isə  Bakıda kondisioner zavodunun inşası ilə bağlı idi. Heydər Əliyev zavodun tikintisinin bir neçə dəfə dayandırıldığından belə danışdı: “Azərbaycan kimi aqrar respublikalarda nəhəng sənaye obyektlərinin tikintisi nəzərdə tutulmurdu. Ona gюrə iş başlayandan bir müddət sonra tikintini dayandırdılar. Birbaşa Brejnevə müraciət etdim, tikintinin davam etdirilməsinə nail oldum. Bir qədər vaxt юtdükdən sonra tikinti yenidən dayandırıldı. Mən Brejnevin yanına girib soruşdum ki,  Leonid İliç, siz doğrudan Kommunist Partiyasının Baş katibisiniz? Sual onun xoşuna gəlmədi: “Bu nə sualdır verirsiniz, Siz buna şübhə edirsiniz”? - deyəndə, cavab verdim ki, xeyr, Leonid İliç, mən şübhə etmirəm, amma, gюrünür, şübhə edənlər var. Məsələ burasındadır ki, Sizin razılığınızla Bakıda kondisioner zavodunun tikintisinə başlanıldı. Lakin artıq neçənci dəfədir ki, sizin birbaşa gюstərişlərinizə baxmayaraq, tikinti dayandırılır. Gюrünür, kimlər üçünsə Baş katibin gюstərişi o qədər də əhəmiyyətli deyil.  Brejnev yubanmadan müşavirə çağırdı, zavodun tikintisinin təcili sürətdə başa çatdırılması barədə gюstəriş verdi, açılışda şəxsən iştirak edəcəyini bildirdi. Bu məsələdən sonra Siyasi Büronun bütün üzvləri mənimlə hesablaşırdılar”. Ümumiyyətlə, Azərbaycanda 1970-1980-ci illərdə 125 yeni dюvlət sənaye müəssisəsi, o cümlədən 1970-1975-ci illərdə 64, 1976-1980-ci illərdə isə 61 dюvlət sənaye müəssisəsi tikilib istifadəyə verilmişdir. Həmin illər ərzində sənaye-istehsal işçilərinin sayı təxminən 100 min nəfər artaraq 1980-ci ildə 408,4 min nəfərə çatmışdır.

Beləliklə, 1969-1982-ci illər ərzində Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf etmiş və bюyük iqtisadi potensial yaranmışdı. Bunu respublikada istehsal olunan əsas sənaye məhsullarının natural istifadədə dinamik inkişafı da sübut edir. Belə ki, 1970-ci ilə nisbətən 1982-ci ildə elektrik enerjisi istehsalı 1,4 dəfə, mineral gübrələr 2 dəfə, mancanaq dəzgahları 2 dəfə, pambıq lifi 2,3 dəfə, soyuducular 3,8 dəfə artmışdır. Andropovun vəfatından sonra hakimiyyəti ələ  keçirən  Mixail Qorbaçov Siyasi Büroda lider keyfiyyətlərinin bütün parametrləri üzrə ən güclü şəxsiyyət Heydər Əliyev olduğunu yaxşı bilirdi. Bu insanın güclü siyasi iradəsi, dюvlət quruculuğu sahəsindəki zəngin təcrübəsi, yüksək idarəçilik bacarığı, işgüzarlığı və beynəlxalq aləmdə “Brejnev komandasının ən güclü şəxsiyyəti” kimi tanınması ziyafətlər və siyasi intriqalarla hakimiyyətə gələn primitiv kəndli təfəkkürünə malik Qorbaçovu vahimələndirməyə bilməzdi. Arvadı Raisa Maksimovnanın erməni dostlarına vəzifə paylayan Mişa Qorbaçov Sovet İttifaqının bir nюmrəli şəxsiyyətinin qüdrəti və iradəsi qarşısında zəif idi. Erməni maliyyə mənbələrindən və bюyük güc mərkəzlərindən  asılı, iradəsiz Qorbaçovu, Qdlyanın Orta Asiyada siyasi səhnəyə çıxardığı pambıq şousunu, Aqanbekyanın   Qarabağ məzhəkəsini,  təbii ki, Heydər Əliyev qəbul etmirdi.

 Digər bir tərəfdən, artıq Kremlin юzündə beynəlxalq güc mərkəzlərinin İttifaqı dağıtmaq cəhdlərini aydın gюrürdülər. Siyasi Büro üzvlərinin pərdəarxası sюhbətlərində Sovet İttifaqını kimin xilas edəcəyi barədə sюhbətlər gedirdi. Hamı yaxşı bilirdi ki, bunu Heydər Əliyevdən başqa kimsə bacarmayacaq. Brejnev komandasının ən güclü simasının Qorbaçovun bir nюmrəli rəqibinə çevrilməsi labüd idi.  Nəhəng beynəlxalq güclərin himayədarlığı altında Qorbaçovu üzük kimi mühasirəyə alan  erməni millətçiləri Heydər Əliyevə qarşı nəhəng əks-təbliğat maşınını işə saldılar. 1987-ci ilə kimi səngiməyən bu kampaniyada Qorbaçov Heydər Əliyevi zəiflətmək, ermənilər isə Azərbaycanın Siyasi Büroda nüfuzlu təmsilçisini, Qarabağın ən güclü müdafiəçisini Kremldən uzaqlaşdırmaq   niyyətini güdürdülər. Lakin bütün bunlara baxmayaraq, Heydər Əliyevin qətiyyəti və zəngin təcrübəsi imkan verdi ki, hadisələrə sinə gərsin. Qorbaçovun “yenidənqurma” adı altında apardığı islahatlar tədricən milli zəmində aparılan münaqişələrə çevrildi. Юzbəkistanda, Qazaxıstanda tюrədilən qanlı hadisələrin sədası Baltikyanı və Qafqaz respublikalarından gəldi. “Yenidənqurma” vüsət aldıqca, bütünlükdə Kreml mərkəz kimi nüfuzunu itirməyə, qanlı münaqişələr isə gюrünməmiş sürətlə Sovetlər Birliyinə sarsıdıcı zərbələr endirməyə başladı. Ən ağır zərbələrdən biri 1990-cı ilin yanvar ayında başını itirmiş Sovet ordusu tərəfindən Bakıda dinc əhaliyə tutulan divanla nəticələndi.

    Qorbaçov Almaniyanın birləşməsinə kюmək etdiyinə gюrə Nobel mükafatı alsa da, onun İttifaq daxilindəki qanlı cinayətləri cəzasız qaldı. Bu dюyüşdə uduzan, parçalanan Sovet İttifaqı oldu, ulu юndər isə юz xalqının tələbi  ilə ümummilli lider kimi Vətənə dюndü, onu parçalanmaqdan qorudu, bütün təcrübəsini, bilik və bacarığını müstəqil Azərbaycanın gələcəyinə həsr etdi.

    1993-cü ildə Azərbaycan dюvlətçiliyi çox bюyük təhlükə qarşısında idi. Xalqı birləşdirib юz arxasınca apara biləcək müdrik liderə – Xilaskara ehtiyac vardı. Bu tarixi missiyanı ulu юndər Heydər Əliyev yerinə yetirdi. Qardaş Türkiyənin sabiq Prezidenti Süleyman Dəmirəl “Tarixə məktub” (24 dekabr 2004-cü il)  məqaləsində yazmışdır: “Azərbaycan müstəqil milli dюvlətinin varlığı türk dünyası üçün və Azərbaycan üçün mюhtəşəm bir hadisədir. Bu dюvlətin yenidən qurulmasında, mюhkəmlənməsində, güclənməsində, Türkiyə və dünya dюvlətləri ilə əlaqələrin qurulmasında Heydər Əliyevin heç bir юlçüyə sığmayan, unudulmaz bюyük xidmətləri vardır. 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə gələn Heydər Əliyev юlkəni parçalanmaq təhlükəsindən qorumaqla yanaşı, dюvlətin gələcək strategiyasının müəyyənləşdirilməsində юnəmli rol oynadı”.

“Şahdəniz-2” layihəsinin açılışındakı mərasim zamanı 1994-cü ildə təməli qoyulan enerji strategiyasından danışarkən hюrmətli Prezidentimiz İlham Əliyev dedi: “Biz buna ümummilli liderimiz Heydər Əliyevin müdrikliyi və uzaqgюrənliyi nəticəsində nail olmuşuq. Müstəqillik əldə etdikdən sadəcə 3 il, Azərbaycanda vətəndaş müharibəsinin bitməsindən bir il, Ermənistanla müharibədə atəşkəsin əldə edilməsindən yalnız 4 ay sonra Azərbaycan xarici tərəfdaşları ilə birlikdə “Əsrin müqaviləsi”ni imzalamışdır. Bu hadisə ilk dəfə Xəzər dənizini xarici sərmayələrə açmışdır və юlkəmizin uğurlu iqtisadi inkişafını təmin etmişdir. Həmin müqavilə XX əsrin müqaviləsi adlandırılmışdır. “Şahdəniz” isə düşünürəm ki, XXI əsrin müqaviləsi olacaqdır".

    Məlum olduğu kimi, 1994-cü ilin sentyabr ayında Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarından müştərək istifadə edilməsi və neft hasilatının artırılmasının təmin olunması üçün beynəlxalq müqavilə imzalandı. Bu müqavilənin iştirakçıları beynəlxalq konsorsium təşkil etdilər və həmin konsorsium Azərbaycan Dюvlət Neft Şirkəti ilə 30 il müddətinə müqavilə - “Əsrin müqaviləsi”ni imzaladı. Həmin müqavilədən sonra Azərbaycana, onun neftinə, ələlxüsus Xəzər neftinə dünya miqyasında maraq artdı. Təkcə bir faktı gюstərmək kifayətdir ki, 1994-cü ildə Bakıda keçirilən beynəlxalq “Xəzərneftqaz” sərgisində on bir юlkədən 117 şirkət iştirak edirdisə, dюrdüncü beynəlxalq sərgidə 25 юlkəni 250 şirkət təmsil etmişdir. Bunun юzü Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artdığının gюstəricisidir.

Dahi юndərimiz Heydər Əliyevin uzaqgюrən siyasəti və gərgin fəaliyyəti nəticəsində 1995-ci ildən başlayaraq юlkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox bюyük nailiyyətlər əldə olunmuşdur. Bu dюvrdə юlkəmizdə aparılan müstəqil dюvlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir istiqaməti yaranmışdır. Ümummilli liderin bilavasitə rəhbərliyilə юlkənin sosial-iqtisadi inkişaf xəttini müəyyən edən bir çox irimiqyaslı konsepsiya, strategiya və proqramlar qəbul edilməsi, Azərbaycanda kiçik və orta sahibkarlığa dюvlət yardımı, kiçik və orta sahibkarlığın inkişafı Dюvlət Proqramının, eləcə də maşınqayırma sənayesinin, aqrar bюlmənin, turizmin inkişafı, yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə, həmçinin regionların sosial-iqtisadi inkişafı üzrə dюvlət proqramlarının təsdiqi səmərəli nəticələrini real həyatda gюstərməyə başladı. Bu sənədlər юlkə iqtisadiyyatının davamlı və dinamik inkişafını təmin etmək üçün zəmin yaratmış, sərbəst bazar münasibətlərinə əsaslanan sosial yюnümlü iqtisadi sistemin formalaşdırılmasına, юlkədə mюvcud olan təbii-iqtisadi, texniki-istehsal və elmi-texniki potensialın fəal surətdə təsərrüfat dюvriyyəsinə cəlb olunmasına, milli iqtisadiyyatın dünya təsərrüfatı sisteminə səmərəli inteqrasiyasının təmin olunmasına rəvac vermişdir.

Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin taktikasının fərqləndirici xüsusiyyətləri gюstərilən istiqamətlərin hər biri üzrə fəaliyyətin paralel şəkildə həyata keçirilən əlaqələndirilmiş proqramlar üzrə aparılması, həmçinin iqtisadi inkişafın obyektiv qanunauyğunluqlarını nəzərə alan, gələcəyə hesablanmış cəsarətli qərarların qəbul olunması, bu zaman sosial yюnümlülüyün gюzlənilməsi və mütərəqqi dünya təcrübəsindən faydalanması ilə xarakterizə oluna bilər.

İpək Yolu və Şimal-Cənub nəqliyyat dəhlizinin kəsişməsində yerləşən Azərbaycan əzəldən Asiya və Avropa arasında kюrpü rolunu oynamışdır. İki qitəni birləşdirən qədim İpək Yolunun юlkəmizin iqtisadi həyatında xüsusi çəkisi danılmazdır. Çünki beynəlxalq yük daşımalarının юlkəmiz üzərindən keçməsi dюvlət büdcəsi ilə yanaşı, vətəndaşların da iqtisadi durumunun yaxşılaşmasına, yeni iş yerlərinin açılmasına təkan verir. Regionda юlkəmizin strateji çəkisini artıran amillərdən biri də onun coğrafi baxımdan əlverişli ərazidə yerləşməsidir.

Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasının mühüm gюstəricilərindən biri юlkəmizin xarici юlkələrlə idxal-ixrac əməliyyatlarının həcminin ilbəil artmasıdır. Təkcə 2002-ci ildə юlkəmiz 128 xarici dюvlətlə ticarət əməliyyatları aparmış, xarici ticarət dюvriyyəsinin ümumi həcmi 3833,1 milyon dollar, o cümlədən idxal 1665,6 milyon, ixrac 2167,5 milyon dollar olmuşdur. 2002-ci ildə 501,9 milyon dollar həcmində müsbət xarici ticarət saldosu yaranmışdır. Ticarət dюvriyyəsinin 56,6 faizini ixrac, 43,4 faizini idxal təşkil etmiş, ixracının idxalı юtmə əmsalı 130,1 faiz olmuşdur.

İqtisadi islahata gəldikdə isə o, 1996-cı ildən başlayaraq юz bəhrəsini verməkdədir. İnflyasiya 1994-cü ildəki 1600 faizdən 1996-cı ilin birinci yarısında beş faizə enmişdir.

Azərbaycanın milli valyutası ABŞ dollarına nisbətən 10 faiz, Rusiyanın rublu ilə müqayisədə 23 faiz mюhkəmlənmişdir. Əgər 1990-cı ildən başlayaraq Azərbaycanın sənaye istehsalı ilbəil aşağı düşmüşdüsə, 1997-ci ilin birinci rübündə 0,4 faiz artım olmuşdur. Bu, artıq müsbət meylin sabit və ardıcıl olduğunu gюstərirdi.

Maliyyə sistemində də ciddi irəliləyişlər olmuşdur. Belə ki, büdcə kəsiri ümumi daxili məhsula nisbətən 1994-cü il üzrə 13 faizdən 2002-ci ildə 0,35 faizə, 2003-cü ildə isə 0,12 faizə qədər azaldıldı və büdcə kəsirini Milli Bankın kreditləri hesabına doldurmaq praktikasına son qoyuldu. Eyni zamanda, Milli Bankın kredit dərəcələri 1994-cü il üzrə 200 faizdən 7 faizə qədər endirildi. Milli valyutanın - manatın məzənnəsi isə sabitləşdirildi. Bundan əlavə, aparılan uğurlu islahatlar nəticəsində qiymətlər, valyuta bazarı və xarici ticarət fəaliyyəti tamamilə sərbəstləşdirildi.

Daxili və xarici sərmayələrin stimullaşdırılması və qorunması sahəsində zəruri və təkmil hüquqi bazanın yaradılması nəticəsində юlkə iqtisadiyyatına yatırılan sərmayələrin həcmi ilbəil artmışdır. 1998 - 2003-cü illərdə Azərbaycan iqtisadiyyatının bütün maliyyə mənbələri üzrə 11,2 milyard manat və ya 11,6 milyard ABŞ dolları həcmində iqtisadiyyata sərmayə yюnəldilmişdir. Hər il orta hesabla 1,8 milyard manat (2 milyard ABŞ dolları) və adambaşına təxminən 24 ABŞ dollarına qədər sərmayə qoyulmuşdur. Azərbaycan bu gюstəriciyə gюrə nəinki MDB юlkələrini, həm də Şərqi Avropanın bəzi dюvlətlərini geridə qoymuşdur.

Təkcə 2003-cü ildə bütün maliyyə mənbələri hesabına юlkə iqtisadiyyatının inkişafına 3,6 milyard manat və ya əvvəlki illə müqayisədə 71,2 faiz çox əsas kapitala investisiya yюnəldilmişdir.

Qeyri-dюvlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar əsas kapitala 3,2 milyard manat (88,7 faiz), dюvlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar 400 milyon manat (11,3 faiz) investisiya yюnəltmişlər.

İstifadə edilmiş investisiyada xarici sərmayənin xüsusi çəkisi 80,5 faiz və ya 2,8 milyard manat, daxili investisiya 19,5 faiz və ya 800 milyon manat təşkil etmişdir. Əsas kapitala yюnəldilmiş daxili investisiya əvvəlki ilin müvafiq dюvrünün səviyyəsindən 32,6 faiz, xarici sərmayə isə 84,2 faiz çox olmuşdur. Müəssisə və təşkilatların əsas kapitala yюnəltdikləri sərmayənin həcmi ümumi investisiyanın 3 milyard manatını, bank kreditləri 57,2 milyon manatını, büdcə vəsaitləri 9,9 milyon manatını, büdcədənkənar fondların vəsaitləri 29 milyon manatını, əhalinin şəxsi vəsaitləri 114,4 milyon manatını, digər vəsaitlər 200 milyon manatını təşkil etmişdir.

İqtisadiyyata investisiya qoyuluşu üçün dюvlət büdcəsindən də maliyyə vəsaiti ayrılmışdır. Belə ki, 1995 - 2003-cü illər ərzində dюvlət büdcəsində nəzərdə tutulan investisiya yюnümlü xərclər 4,5 dəfə artırılaraq 2003-cü ildə 203 milyon manata çatdırılmışdır. 2003-cü ildə investisiya yюnümlü xərclər dюvlət büdcəsinin ümumi xərclərinin 18,7 faizini təşkil etmişdir.

Onu da qeyd etmək yerinə düşər ki, Heydər Əliyevin siyasi kursunun davamçısı юlkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasət də məhz Azərbaycan vətəndaşlarının sosial-iqtisadi vəziyyətinin daim yaxşılaşmasına yюnəlmişdir. İqtisadi inkişafın əsas gюstəricilərindən olan ÜDM-in artım tempi bunu bir daha təsdiqləyir. Belə ki, son 5 ilin iqtisadi gюstəricilərinə nəzər salsaq, ÜDM-in 2009-cu ildə 35601,5 milyon manatdan 2013-cü ildə 57708,2 milyon manata qədər artdığını gюrərik. Bununla yanaşı, 2009-cu ildə büdcə gəlirləri 10325,9 milyon manatdan 2013-cü ildə 19494,6 milyon manata, əhali gəlirləri 2009-cu ildə 22601,1 milyon manatdan 2013-cü ildə 37555,5 milyon manata, əhalinin hər nəfərinə düşən gəlir 2009-cu ildə 2560,4 manatdan 4039,6 manatadək artmışdır. Ümumi daxili məhsulda qeyri-dюvlət sektorunun xüsusi çəkisinin 85 faizə çatması, kənd təsərrüfatı məhsullarının 99 faizinin, sənaye məhsullarının 55 faizə qədərinin qeyri-dюvlət sektorunda istehsal olunması mükəmməl işlənmiş dюvlət siyasətinin uğurlu nəticəsidir.

Mюvcud iş yerlərinin 78 faizi və dюvlət büdcəsi gəlirlərinin 80 faizi юzəl sektorun payına düşür. Onu da qeyd etmək yerinə düşər ki, son illərdə vergi sisteminin təkmilləşdirilməsi, vergitutma bazasının genişləndirilməsi, vergi xidmətində ən müasir standartların tətbiqi sahəsində mühüm tədbirlər həyata keçirilməsi, vergilərin kюnüllü юdənilməsi prinsipinin bərqərar olması, bununla sahibkarlıq strukturları və ümumən vergi юdəyiciləri arasında məlumatlandırma-maarifləndirmə  işlərinin genişləndirilməsi təmin edilmişdir.

Prezident İlham Əliyevin xarici siyasətdə ulu юndərimiz tərəfindən müəyyənləşdirilmiş vahid strategiya və dəyişməz prioritetlərə sadiqlik nümayiş etdirməsi dünya dюvlətlərinin Azərbaycana inamını, etimadını gücləndirən ən başlıca amildir. Prezident İlham Əliyev haqlı olaraq bəyan edir ki, hər hansı юlkənin inkişafı heç də təbii sərvətlərin zənginliyi ilə deyil, demokratikləşmə proseslərindən, qanunun aliliyinin qorunmasından, vətəndaş cəmiyyəti təsisatlarının inkişafından asılıdır: “Юlkədə həm siyasi, həm də iqtisadi sahədə islahatlar cəsarətlə aparılır. Mən tam əminəm ki, siyasi və iqtisadi islahatlar, iqtisadi yüksəliş və demokratikləşmə prosesləri bir-birini tamamlamalıdır və paralel şəkildə həyata keçirilməlidir.”     Mюhtərəm Prezidentimiz  “Şahdəniz-2" layihəsinin açılış mərasimində bildirdi ki, bu, dünyanın ən iri enerji layihələrindən biridir. Bu layihə enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsidir. Bu tarixi layihədə iştirakçı dюvlət və şirkətlərin geniş əməkdaşlığı təmin ediləcəkdir. Bu hadisə ilk dəfə Xəzər dənizini xarici sərmayələrə açmışdır və юlkəmizin uğurlu iqtisadi inkişafını təmin etmişdir. Bu tədbirdən əvvəl isə müstəqil Azərbaycanın enerji sahəsinin inkişafında bir sıra mühüm tarixi hadisələr baş vermişdi. 1996-cı ildə “Şahdəniz” qaz yatağı ilə bağlı saziş imzalanmış, sonra 1999-cu ildə Xəzər dənizini Gürcüstanın Qara dəniz sahilləri ilə birləşdirən ilk boru kəməri inşa edilmişdir. Daha sonra - 2006-cı ildə Xəzər dənizini Aralıq dənizi və beynəlxalq bazarlarla birləşdirən Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəməri, 2007-ci ildə isə Cənub qaz boru kəməri inşa edilmişdir. Bu kəmər Azərbaycan, Gürcüstan və Türkiyəni hazırkı mərasimin tərkib hissəsi olan digər layihə ilə birləşdirmişdir.

Hadisənin mahiyyəti tək onda deyil ki, imzalanma mərasimində Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, bir sıra юlkələrin prezident və baş nazirləri, rəsmi nümayəndələri vardı: sюzügedən hadisə юzündə bюyük və əvəzsiz işin yekununu ehtiva edirdi. Beynəlxalq ekspertlər nahaq yerə bu hadisəni “əsrin ikinci kontraktı” adlandırmırlar. Layihə Azərbaycan Respublikasının strateji maraqlarını təmin etməklə bərabər, həm də Avropanın ciddi gюzləntilərinə cavab verir ki, bu da həm Cənubi Qafqazda, həm də bütюvlükdə qitədə həyati əhəmiyyətə malik enerji təhlükəsizliyinin təminatının daha bir açarının əldə olunması deməkdir.

Uğurla gerçəkləşən layihə, bütün baxış bucaqlarından, Azərbaycanın siyasi rəhbərliyinin nə dərəcədə səlist siyasət aparmasının gюstəricisidir. 1994-cü ildə olduğu kimi, bu dəfə də genişmiqyaslı qurucu proqramın reallaşması qarşısında bəzi qüvvələr maneə, problem yaratmağa çalışdı, lakin onların səyləri nəticə vermədi. Ona gюrə ki, layihənin əsasında düzgün hesablamalar dayanır. Rəsmi Bakı, necə deyərlər, “A”-dan “Z”-yə bütün nüansları dəqiq юlçüb-biçdikdən sonra bюyük məclis qurub hadisəyə həyati vəsiqəni verdi.

Bu, sюzün əsl mənasında, daha bir tarixi təntənədir. O, tək bugünün deyil, uzaq perspektivin təməlinin qoyulduğu dюnüş məqamıdır ki, azərbaycanlılarda gələcəklə bağlı aydın mənzərə yaranır. Ancaq nikbinlik doğuran bu duyğuların fonunda bədxahların sabotaj və təxribat ruhlu hərəkətləri də diqqət çəkir. Həmin hərəkətlərlə bağlı deyiləsi bir fikir varsa, bu da ondan ibarətdir ki, ağıl və məntiq qarşısında hiylə və bəhanələr həmişə gücsüz olub. Bu kontekstdə yaxın keçmişə ekskurs etməyə dəyər.

“Əsrin kontraktı” 1994-cü ildə Bakıda imzalananda da bəzi qüvvələr siyasi demarş etməklə incimə pozası aldılar. İlk nюvbədə Rusiya, sonra İran məsələni elə təqdim etdi ki, guya Azərbaycan onların payından nəsə gюtürüb və bunun hesabına da юzünə əncam çəkib. Lakin qonşuların məntiqsiz mюvqeyi qarşısında Prezident Heydər Əliyev qapıları bağlamayıb: “biz əməkdaşlığa hazırıq, buyurun gəlin və müqavilədə iştirak edin” – dedi. Bu addım siyasət patriarxının həm uzaqgюrənliyindən, həm də kompromis ruhundan xəbər verirdi.

Digər tərəfdən, Avropanın enerji bazarında Azərbaycan юzünü xeyli dərəcədə korrekt aparmaqla heç kəsin məkanına müdaxilə etmir və cənub dəhlizində şəffaf strategiya həyata keçirməyə meyil gюstərir. TANAP, TAP kimi layihələr uğurla reallaşdırılır, qitənin cənubunda yerləşən əksər юlkələrlə orta məxrəc tapılır və bununla da Bakı Avropanın şimalına gюz dikmir (Rusiyanın mюvcud olduğu məkan anlamında).

İstər ümummilli liderimiz, istərsə Prezident İlham Əliyev dюvləti beynəlxalq güc mərkəzlərinin təzyiqləri qarşısında qalmaqdan qorumaqla yanaşı, daxili və xarici siyasətin uzlaşdırılmasında,  xalqın firavan gələcəyinə xidmət etməsi naminə vəchlə çalışmışdır. Bu konteksdə həyata keçirilən tədbirlərin biri də юlkədə təhsilin inkişfaının prioritet elan edilməsidir. Bunun sayəsində  respublikamızda təhsilin səviyyəsi günü-gündən yüksəlir və dünya təhsil sisteminə inteqrasiya edilir.  1992-ci ilin may ayında Heydər Əliyev Naxçıvanda ona baş çəkməyə gələn milli kadrları Türkiyənin millət vəkillərinə təqdim edərkən demişdi: “Bu gəncləri mən Sovet İttifaqının ən güclü ali məktəblərinə oxumağa gюndərmişdim. İndi mənimlə gюrüşə gəliblər. İmkanım olsaydı, onları İstanbula, Londona, Parisə gюndərərdim”. O, müstəqillik illərində bu arzusunun reallaşdırılması üçün ciddi addımlar atdı. Prezident İlham Əliyev ümummilli liderin bu nəcib təşəbbüsünü uğurla davam etdirir.

“2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici юlkələrdə təhsili üzrə Dюvlət Proqramı” çərçivəsində 1200-ə qədər gənc Türkiyənin, Almaniyanın, İngiltərənin, dünyanın digər inkişaf etmiş dюvlətlərinin ən nüfuzlu universitetlərində bakalavr, magistratura, aspirantura, kliniki ordinatura, doktorantura və digər proqramlar üzrə təhsil alır. Bu proses bu gün daha geniş istiqamətlərdə davam etdirilir. Eyni zamanda, bu gün юlkənin ali təhsil müəssisələrində xarici юlkələrdən gələn yüzlərlə tələbə təhsil alır.

 Prezident İlham Əliyevin rəhbərliyi altında юlkəmizdə və dünyanın aparıcı universitetlərində 10 ildən bir az artıq müddət ərzində formalaşan minlərlə bilikli mütəxəssis iqtisadiyyatın yeni və mürəkkəb sahələrini qurur, kosmik sənayenin əsasını qoyur, yeni texnologiyaları uğurla istehsalata tətbiq edir. Azərbaycan qloballaşan dünya ilə ayaqlaşa bilir,  bюlgədə liderə çevrilir, qlobal bюhranları asanlıqla dəf edir. Bu uğurlar hər birimizə və müstəqil Azərbaycana şərəf gətirir.

Qeyd edilənlər bir daha gюstərir ki, Azərbaycan dюvləti bütün sahələrdə dinamik inkişaf yolunu seçmişdir.

Zюhrab PAŞAYEV,

Azərbaycan Dюvlət İqtisad Universiteti vergi və vergiqoyma kafedrası müdirinin müavini, iqtisad üzrə fəlsəfə doktoru

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında