Azərbaycanın şimal-qərb bölgəsində keçirilən görüşlərdə ölkədəki mövcud etnik-dini durumla bağlı ətraflı fikir mübadiləsi aparılmışdır

 

 

 

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla ölkənin şimal-qərb bölgəsində - Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı və Şamaxı rayonlarında yerli ziyalılar, milli azlıqların nümayəndələri və dini icmaların üzvləri ilə müxtəlif görüşlər keçirmişdir.

Bu rayonlardakı Heydər Əliyev mərkəzlərində ziyalılar və ictimaiyyət nümayəndələri ilə görüşlər zamanı zəngin etnomədəni və dini müxtəlifliyin hökm sürdüyü bu bölgədə yaşayan xalqların sahib olduğu etnik-dini dəyərlərin qorunmasının, Azərbaycanın multikultural, tolerant ölkə kimi dünyaya təqdim olunmasının və azərbaycançılıq ideologiyasının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğu diqqətə çatdırılmışdır.

Dövlət müşaviri bölgədə fəaliyyət göstərən məscid, kilsə və sinaqoqları, tarixi alban məbədlərini ziyarət etmiş, avar, gürcü, ingiloy, udi, yəhudi, rus xalqlarının nümayəndələri, eyni zamanda, müxtəlif dini icmaların üzvləri ilə görüşərək, dövlətimizin başçısı tərəfindən yaradılan yeni xidmətin ölkənin bütün regionlarında həyata keçirəcəyi müxtəlif sahəli layihələr, görəcəyi işlər haqqında məlumat vermişdir. Görüşlər zamanı ölkədəki mövcud etnik-dini durumla bağlı ətraflı fikir mübadilələri aparılmış, milli azlıq təmsilçilərinin və dini icma üzvlərinin səsləndirdikləri təkliflərin yaxın gələcəkdə reallaşdırılacaq layihələrdə nəzərə alınacağı bildirilmişdir.

Görüş iştirakçıları Azərbaycanda mövcud olan tolerantlığın, qarşılıqlı hörmət və etimada, dostluq və qardaşlıq prinsiplərinə əsaslanan dinlərarası və millətlərarası münasibətlərin dünyaya nümunə olduğunu dilə gətirmiş, etnik qruplar və dini icmalar üçün yaradılan bərabər imkanlara görə dövlətimizin başçısına səmimi minnətdarlıqlarını ifadə etmişlər.

Dövlət müşaviri Kamal Abdulla səfər təəssüratları ilə bağlı AzərTAc-ın müxbirinə demişdir:

- Təəssüratım yüksəkdir. Bu gün Azərbaycanın təkcə şəhər və kəndləri dəyişmir, yolları təzələnmir, park və meydançaları göz oxşamır. Bu gün bütün bunlarla yanaşı, Azərbaycan vətəndaşı - yeniyetməsi, gənci, yaşlısı daxilən dəyişir və onun həyatında dövlətçilik, azərbaycançılıq məfkurəsi daha çox yer tutmağa başlayır. Bu həmahəng dəyişmənin müəllifinin ulu öndərimiz Heydər Əliyev olduğunu, bu siyasətin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini vətəndaşlarımız gözəl bilir və bu istiqamətdə bütün yaxın və uzaq hədəflərə doğru əzmlə addımlamağa hazır olduqlarını bildirirlər. Bunu hiss eləmək, görmək olduqca fərəhlidir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında