Azərbaycanlı gənclər “Avropa Parlamentində Təcrübə Proqramı”nda

 

 

İstanbulda fəaliyyət göstərən “AzeDer” Təşkilatının başlatdığı “Avropa Parlamentində Təcrübə Proqramı” layihəsi çərçivəsində bu ilin mart-may aylarını əhatə edən növbəti proqramın nəticələri açıqlanmışdır.

“AzeDer” Təşkilatından AzərTAc-a bildirmişlər ki, Türkiyə və Avropanın müxtəlif ölkələrində təhsil alan azərbaycanlı gənclərə şamil edilən proqramın nəticələrinə əsasən, 18 nəfər həmvətənimiz - Aila Ömərova, Elmir Məmmədov, Günel Əliyeva, Nigar Kərimova, Ruslan Baxışov, Emil İsmayılov, Nigar Qasımi, Nərmin İsmayılzadə, Elvin Qüdrətov, Linara Hümbətova, Rüfət Məmmədxanlı, Musa Mustafazadə, Dagmara Mirzəyeva, Hikmət Hüseynzadə, Nailə Ömərova, Əziz Fələkzadə, Ziya Bağırzadə, Tural Salahov mart ayından etibarən Avropa Parlamentində 3 aylıq staj keçmək hüququ qazanmışlar.

 Staj müddəti ərzində gənclərimizin yaşayış və nəqliyyat xərcləri “AzeDer” Təşkilatı tərəfindən “Partner” Beynəlxalq Dialoq və Əməkdaşlıq Fondunun dəstəyi ilə təmin olunur.

Parlamentdə staja davam edən azərbaycanlı gənclər aprelin 10-da Türkiyənin Avropa İttifaqı məsələləri üzrə naziri Mövlud Çavuşoğlu ilə görüşmüşlər. Nazir Azərbaycan və Türkiyənin ortaq maraqlarının Avropaya çatdırılmasında birgə fəaliyyətin vacibliyindən bəhs edərək bu istiqamətdə Avropa Parlamentində azərbaycanlı gənclərin staj keçməsinin təqdirəlayiq bir hal olduğunu vurğulamışdır.

Qeyd edək ki, 2013-cü ildən etibarən fəaliyyətdə olan “AzeDer”in başlatdığı proqramla Avropa Parlamentində bu günədək 30-dan çox həmvətənimiz staj keçmişdir.

 Növbəti təcrübə proqramının müraciət tarixləri yaxın vaxtlarda açıqlanacaqdır.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında