“Bakı - 2015” Avropa Oyunları “SportAccord” konvensiyasının rəsmi mobil proqramının tərəfdaşıdır

 

Xəbər verildiyi kimi, Türkiyənin Antalya şəhərində dünyanın 80-dək ölkəsinin 3 minə yaxın idman nümayəndəliklərinin iştirakı ilə V Beynəlxalq “SportAccordConvention” konvensiyası keçirilir.

Tədbirdə iştirak edən xarici qonaqlar “Bakı - 2015” Avropa Oyunları haqqında bütün məlumatları bu mobil proqram vasitəsilə əldə edə bilərlər. Bu, ”Bakı - 2015” Avropa Oyunları ilə “SportAccord” konvensiyasının birgə əməkdaşlığı sayəsində mümkün olmuşdur.

Bu proqram iştirakçıların tədbir haqqında məlumatlılığını artırmaq üçün bir sıra faydalı funksiyaları təklif edir. Proqram vasitəsilə tədbirdə çıxış edən nümayəndələrin tərcümeyi-halı, sərgi zalının yerləşmə sxemi barədə məlumat əldə etmək mümkün olacaqdır. 

İstifadəçilər bağlantı yaratmaq və şəbəkədə ünsiyyət saxlamaqla şəxsi hesablarına daxil olaraq öz profillərini digər iştirakçılar üçün açıq edə bilərlər. Bu, iştirakçılara tədbir çərçivəsində keçirilən sessiya və təqdimatlar, o cümlədən  “Bakı - 2015” Avropa Oyunları tərəfindən təşkil olunan ziyafət barədə məlumat verəcəkdir.  

Proqram, eləcə də istifadəçilərin “Twitter” hesabı vasitəsilə digər sosial şəbəkələrdəki fəaliyyətlərini nəzərdən keçirməyə imkan yaradacaqdır. Proqram “IPhone”, “Android”, “Blackberry”, “Windows”, “Phone”, mobil telefonları və kompyuter istifadəçiləri tərəfindən asanlıqla istifadə oluna bilər.

Bu, həmçinin 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunları barədə istənilən məlumatları əldə etmək üçün əhəmiyyətli platformadır. 

Birinci Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-dək keçiriləcəkdir. Azərbaycan paytaxtı bu möhtəşəm idman bayramında 19 idman növü üzrə yarışan 6 mindən artıq idmançını bir araya gətirəcəkdir.

Anar RZAYEV,

AzərTAc-ın müxbiri

Antalya

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında