Leyla Yunus erməni havadarlarının sifarişini yerinə yetirir

 

 

 

 

 

Üzdəniraq hüquq müdafiəçisi fəaliyyətinin bütün dövrlərində antimilli, antiazərbaycan mövqeyi ilə tanınıb

 

 

Özünü cəmiyyətə hüquq müdafiəçisi kimi sırımaq istəyən ermənilərin qohumu Leyla Yunusun neçə vaxt idi ki, səs - səmiri yox idi. Sən demə, üzdəniraq hüquq müdafiəçisi Ermənistandakı qohumlarından birinin evində imiş. Özü də bunu təsdiqləyərək deyib ki, həyat yoldaşının qohumları ilə birlikdə istirahət edirmiş. O, Azərbaycana qayıdan kimi, yenidən  “siyasi məhbusların müdafiəsinə qalxaraq” antimilli, antiazərbaycan mövqeyini ortaya qoyub. Özü də bu dəfə daha qəddarlıqla. Görünür, erməni qohumları bu dəfə Leyla Yunusun payını artıq ediblər. 

Xarici antiazərbaycan dairələr və erməni lobbisi müxtəlif vasitələrlə Azərbaycana qarşı  həmişə  “qara piar” kampaniyası aparmışlar və bu gün də çirkin əməllərindən əl çəkmirlər. Ermənilər bu işdə Azərbaycanın inkişafını, əhalinin həyat səviyyəsinin yaxşılaşmasını gözü götürməyən radikal müxalifət nümayəndələrindən  və özlərinin qohumu olan Leyla Yunus kimi ermənipərəst, antimilli ünsürlərdən istifadə edirlər.

Antiazərbaycan dairələrlə əməkdaşlıqla xüsusi dəsti-xətti olan Leyla Yunus ermənilərlə iş birliyini daim genişləndirmiş və onların tapşırıqlarını yerinə yetirməklə məşğul olmuşdur.  O, antimilli mövqeyindən hələ də əl çəkə bilmir və bütün vasitələrlə ölkəmizin beynəlxalq aləmdə getdikcə artan nüfuzuna xələl gətirmək üçün dəridən - qabıqdan çıxır. Əsr dəyişir, amma Leyla Yunus dəyişmir - ermənipərəst, dövlət əleyhinə fəaliyyət göstərən  üzdəniraq hüquq müdafiəçisi  kimi də qalır.

 Əslində, Leyla Yunusun dövlətçilik əleyhinə fəaliyyəti, hüquq müdafiəçisi adından istifadə edib öz maraqları naminə fəaliyyət göstərməsi, uğurla həyata keçirilən daxili və xarici siyasətimizə qara yaxması onun kimlərə işlədiyindən və kim olduğundan xəbər verir. Leyla Yunus ermənilərlə utanmadan sayt  yaradanda artıq cəmiyyət onu ermənilərin doğması kimi tanımışdı. Həqiqət isə ondan ibarətdir ki, bu saytın yaradılması işğalçı Ermənistan dövlətinin Azərbaycana qarşı yönəlmuş işğalçı siyasətinin genişləndirilməsinə xidmət edir və yaradılanda mənfur ermənilərin çirkin siyasətini ört-basdır etməyə istiqamətlənmişdi.

Qeyd etdiyimiz kimi, Leyla Yunus erməni qohumlarının evindən gələn kimi Azərbaycandakı “siyasi məhbusların” sayını əvvəlki siyahısında olduğundan  3 - 4 dəfə çox artırmışdır. O, həm də bu siyahıya adının salınmasını istəyən qatı cinayətkarların qohumları ilə sövdələşmələr apararaq qiyməti bir neçə dəfə qaldırmışdır. Ermənipərəst hüquq müdafiəçisi artıq terrorçular da daxil olmaqla konkret cinayət törətmiş şəxsləri “repressiya qurbanları” kimi qələmə verməklə kifayətlənmir, onları təsnifləşdirməyə çalışır. O, Avropa Şurasının qərar və qətnamələrini manipulyasiya obyektinə çevirir,  guya bu qurumun sənədlərində “siyasi məhbus”, “vicdan məhbusu” kimi anlayışların tərifi verildiyini iddia edir və Vətən xainlərini də  “siyasi məhbus” siyahısına daxil edərək öz bazarını daha da genişləndirir.

 Görünür, ermənipərəst hüquq müdafiəçisinin başı erməni qohumları ilə kef məclislərinə qarışdığından AŞPA-nın ötənilki sessiyasında “Azərbaycanda siyasi məhbus yoxdur” qərarını da unudub. Hətta radikal müxalifət nümayəndələrinin və Leyla Yunus kimi üzdəniraq hüquq müdafiəçilərinin yalan və saxta məlumatları əsasında  “Azərbaycandakı siyasi məhbuslar” haqqında məruzə hazırlayan Kristofer Ştrasser ifşa olundu. Çünki avropalı diplomatın siyahısındakı “siyasi məhbuslar”ın bir neçəsi  ölkə başçısının əfv  sərəncamı ilə azad olunmuş, bəziləri dünyasını dəyişmiş, bəziləri isə cəzalarını çəkib azadlığa çıxmışdırlar. Kristofer Ştrasser isə onların hələ də həbsxanada olmaları barədə saxta, yalan məlumatlar təqdim etmişdi.

L.Yunus unudub ki, 2013-cü ildə Kristofer Ştrasser və onun arxasında duran antiazərbaycan dairələrin AŞPA-dakı iflası Azərbaycana qarşı açıq və kobud qarayaxma kampaniyasının qurumun əksər deputatları tərəfindən dəstəklənməməsi ilə yanaşı, həm də “siyasi məhbus” anlayışı ilə bağlı qeyri-müəyyənliyin qalması ilə əlaqədar olmuşdur. Ancaq Leyla Yunus və o əqidədə olan radikal müxalifət nümayəndələri hələ də antimilli mövqelərindən əl çəkməmişlər. Belə xəyanətkarlar özlərini  görməzliyə vurur, ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması yolunda həyata keçirilən tədbirlərə kölgə salmağa çalışır, faktları təhrif edir, ağ yalan danışır və öz havadarlarının sifarişləri, aldıqları çirkli pullar hesabına  və müxtəlif dedi-qodulara əsaslanaraq ilbəil “siyasi məhbus” siyahısını şişirtməkdə davam edirlər. 

  Hazırda Leyla Yunusun “siyasi məhbus” siyahısında olanların sayı 134-ə çatıb. Onun siyasi məhbus adlandırdığı insanların hansı hüquqi əsasa görə “siyasi məhbus” və “vicdan məhbusu” hesab edilməsinin özü də kifayət qədər problematik məsələdir. Çünki siyasi məhbus əqidəsinə, vicdan məhbusu isə dini baxışlarına görə həbsdə olan insanlar sayılır. Azərbaycanda isə hələ heç kim bu iki motivə görə həbs edilməyib.

İlin əksər vaxtını xaricdə keçirən, son aylar isə Ermənistanda  müalicə olunduğunu deyən Leyla Yunus həmin o 134 nəfər “siyasi məhbusu”un heç biri ilə görüşməyib. Bəlkə də onların əksəriyyətini tanımır da. Adlarının siyahıya daxil edilməsi ilə əlaqədar sövdələşməni də qohumları və yaxınları ilə aparıb. Ona görə də  keçirdiyi mətbuat konfransında bununla bağlı suala cavab tapa bilməyib və  çıxılmaz vəziyyətə düşüb. Ancaq “İslanmışın yağışdan nə qorxusu?”. Leyla Yunusun kütləvi informasiya vasitələri nümayəndələri qarşısında çıxılmaz vəziyyətə düşməsi birinci hal deyil. Yenə də utanıb - qızarmadan “siyasi məhbus” siyahısını getdikcə genişləndirir.

 Ermənilərin sevimlisi olan Leyla Yunus indi də şantaj yolunu seçib.O, AŞPA-da obyektiv mövqeyi ilə seçilən deputatlara qarşı kampaniya həyata keçirir, onlarla bağlı ağılasığmaz ittihamlar irəli sürür və bu vasitələrlə Azərbaycanın haqlı mövqeyini müdafiə edən deputatlara təsir etmək istəyir. O, hətta bu təzyiqlərdə erməni qohumlarının gücündən də yararlanır. L.Yunus Kristofer Ştrasser və onu dəstəkləyən dairələrin qərəzli mövqeyinə qarşı çıxan hər bir AŞPA deputatını hədəfə götürməklə onları gözdən salmağa çalışır.

Son illər ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun daha da yüksəlməsi göz önündədir. Bu yüksəliş üzdəniraq hüquq müdafiəçisində dərin qısqanclıq hissləri yaradıb. “Hüquq müdafiəçisi” adı ilə maskalanmış erməni casusu L.Yunus Azərbaycanda baş verən hər hansı hadisəni qərəzli şəkildə qabardaraq beynəlxalq təşkilatların və xarici kütləvi informasiya vasitələrinin diqqətini  ölkəmizə cəlb  etmək və müstəqil dövlətimizi  qara rəngdə göstərmək üçün  min oyundan çıxır. O, bu  “xidmətlərinin” müqabilində aldığı külli miqdarda vəsait hesabına müxtəlif xarici ölkələrdə mülklər və  obyektlər əldə etmişdir.

 Adını hüquq müdafiəçisi qoyan L.Yunus bütün fəaliyyəti ərzində Azərbaycanın ictimai-siyasi həyatında həmişə ölkəmizin maraqlarına uyğun olmayan hərəkətlər edib, böhtan və qarayaxmalardan əl çəkə bilməyib.  O, bu gün də öz xəyanətkar və çirkin əməllərini davam etdirir. Ancaq onun ermənilərə xas olan əməlləri elə öz başında çatlayacaq.  Çünki cəmiyyət bu fikirdə olan nankorları qəbul etmir və etməyəcək də. Leyla Yunus kimi ermənipərəstlər ölkədə vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə heç bir kölgə sala bilməz. Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı, insan hüquq və azadlıqlarının, dövlətçiliyimizin və milli maraqlarımızın qorunması, erməni təcavüzünün, milli-mədəni irsimizin dünyada yayılması istiqamətində çox böyük naliyyətlərimiz var. Leyla Yunus və onun kimi xəyanətkar və satqınların apardıqları antiazərbaycan fəaliyyəti ölkəmizin dünya birliyindəki reytinqinin getdikcə artmasına heç bir təsir göstərə bilməz.

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında