Şovinist Zori Balayana bəzi xatırlatmalar

 

 

 

(əvvəli 15 dekabr 2013-cü il tarixli sayımızda)

Z.Balayan azərbaycanlılara xas olan mükəmməl tolerantlığı və dinlərarası sağlam münasibətləri inkar edərək, azsaylı xalqların zorla assimlyasiyaya məruz qaldıqlarını iddia edir. Məktubunda göstərir ki, guya “ləzgilərin faciəli taleyindən” bərk narahatdır. Guya Azərbaycanda ləzgi teatrı, yeganə ləzgi qəzeti və məscidi bağlanmışdır. Bu böhtançı və saxtakar həmçinin Lənkəranda, Astarada, Masallıda yaşayan qədim talış xalqının heç bir nümayəndəsinin qalmadığını iddia edir.

Halbuki bu böhtançı etiraf etməlidir ki, Ermənistanda etnik təmizləmə siyasəti apararaq qısa müddətdə orada yaşayan 250 mindən artıq azərbaycanlını, habelə başqa xalqların nümayəndələrini qovduqları halda, Azərbaycanda bütün xalqların və etnik qrupların inkişafı üçün hər cür şərait yaradılmışdır. Hazırda  erməni millətinə mənsub 30 minə qədər vətəndaşın respublikamızda yaşaması, Ermənistanda isə 1 nəfər azərbaycanlının olmaması qaragüruhçu erməni şovinizminə əyani sübutdur.

Ulu öndər Heydər Əliyevin aşağıdakı kəlamı çox mətləblərdən xəbər verir: “Respublikanın ən başlıca sərvətlərindən biri, bəlkə də ən başlıca sərvəti qədimlərdən bu torpaqlarda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan müxtəlif millətlərdən olan, müxtəlif dinlərə etiqad edən insanlardır”.     Balayanın böhtanlarının dərəcəsi və hüdudu yoxdur. Bütün dünyaya yaxşı məlumdur ki, Azərbaycan ta qədimdən bütün xalqların, etnosların, konfessiyaların mehribancasına yaşadıqları məkandır. Hazırda Azərbaycanda 50-dən çox millət və xalqın nümayəndəsi yaşayır. Respublikada 525 İslam, 34 qeyri-islam təmayüllü dini icma, eyni zamanda, 11 kilsə, 6 sinaqoq mövcuddur.

Avropa Parlamenti Azərbaycandakı tolerantlıq mühitini yüksək dəyərləndirir. Respublikamız bütün millətlərin və dinlərin nümayəndələrinin sülh, anlaşma və qardaşlıq şəraitində yaşama etalonuna çevrilib.

Ermənilərin son iki yüzillikdə xalqımıza qarşı törətdikləri cinayətləri inkar edən bu qəddar qələm sahibi məktubunda SSRİ-nin süqutu ərəfəsində məşhurlaşan Saxarovun, Soljenitsinin, A.Sobçakın dəfələrlə adını çəkir, onların ermənilərin təcavüzkar siyasətini müdafiə etdiklərini nəzərə çatdırır. Etiraf edək ki, erməni lobbisi daim rüşvət vermək, qadın alveri yolu ilə öz ekspansiyaçı planlarını həyata keçirmişdir. İndinin özündə də bu üsulla parlament üzvlərini, dövlət başçılarını satın almaqda davam edirlər.

Erməni lobbisinin atom silahının ixtiraçılarından olan akademik Saxarovu necə ələ keçirməsindən xəbərdar olmaq üçün diplomat və jurnalist N.Yakovlevin 1985-ci ildə çap olunmuş “TSRU protiv SSSR” kitabına nəzər yetirsək, hər şey aydın görünər. Orada deyilir ki, nikah diplomatiyasını məharətlə işə salan ermənilər 60-cı illərin axırlarında erməni akademik Alixanyanın əxlaqca pozğun qızı Yelena Alixanyanı ahıl yaşlı akademik Saxarova ərə verdilər. Həmin fahişə əvvəlcə eyni vaxtda bir neçə, sonralar isə 10 nəfərlə rəsmi və qeyri-rəsmi nikahda olmuşdur. Familiyasını dəyişərək Bonner soyadını qəbul edən xanımın məqsədi həm Saxarovun Nobel mükafatı üzrə pullarını mənimsəmək, həm də onun nüfuzundan istifadə edərək ermənilərin ərazi iddialarını reallaşdırmaq idi. 1988-ci ilin payızında Saxarovun arvadı Yelena Bonner-Alixanyanın, ermənilərə satılmış Starovoytova və başqaları ilə Bakıya gəlmələri, onların Dağlıq Qarabağı Ermənistana vermək tələbləri bunu təsdiqlədi. Rüşvətlə adamları satın alan ermənilər məşhur yazıçı Soljenitsıni də aldadaraq, Qarabağ planını reallaşdırmaq üçün ondan istifadə etdilər.

Məktubda dəfələrlə adı çəkilən A.Sobçak isə ekstremist və populist çıxışlarla SSRİ-nin  xalq deputatı mandatını aldı, sonra isə ermənilərin yardımı ilə Peterburq şəhərinin meri oldu. Az sonra onun özəlləşdirmə pərdəsi altında korrupsiyaya qurşandığı məlum oldu.

Zəhərli qələm sahibi Balayan “Ruhumuzun dirçəlməsi” əsərində Xocalı soyqırımında şəxsən iştirak etməsindən, azərbaycanlılardan qisas almaqla sevinməsindən bəhs etdiyi halda, məktubunda soyqırımı faciəsinin törədilmədiyini bildirir və onu azərbaycanlıların uydurduğu “sayıqlama” adlandırır. Hadisələri, rəqəmləri təhrif edən Balayan o vaxt Xocalıda cəmi 800 seçicinin yaşadığını iddia edir. Əslində isə rəsmi statistik sənədlərdə orada 8 mindən artıq adamın yaşadığı qeyd olunur. Təpədən dırnağa qədər silahlanan erməni quldurları sovetlərdən qalma 366-cı hərbi hissənin köməyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərini yerlə-yeksan etdilər. Minlərlə dinc azərbaycanlı qətlə yetirildi, əsir götürüldü və şikəst oldu.

Xocalı soyqırımını xalqımız “qara tarix” kimi qeyd edir. Qətlə yetirilən 200 azərbaycanlının üzərində təhqir əlamətləri vardır.

Balayanın kitabında göstərdiyi vəhşiliklər əsl insanlıq simasını itirmiş caninin cinayətlərindən xəbər verir. O yazır ki, mən dostum Xaçaturla Xocalıda işğal etdiyimiz evə girdikdə başından pəncərəyə mismarlanmış türk qızının can verdiyini gördük. Onun qışqırığını susdurmaq üçün Xaçatur qızın öldürülmüş anasının döşünü kəsərək qızın ağzına basdı... Mən uşağın başının, sinəsinin və qarnının dərisini soydum. Sonra uşağın meyitini tikə-tikə doğrayıb “türklərlə eyni kökdən olan itlərə atdıq”. Həmin gecə eyni əməliyyatı daha üç türk uşağı üzərində apardıq.

Türklərin itlərlə eyni kökdən olduğunu iddia edən bu cəllad ermənilərin qisasının bir faizini almasından “qürur” hissi keçirdiyini vurğulayır. Kitabda göstərdiyi cinayət əməllərinə görə Balayanı və onun silahdaşlarını Beynəlxalq tribunala vermək yüngül cəzadır. Əslində, onun özünü etdiyi metodla cəzalandırmaq lazımdır.

O zaman qətliamın törədildiyi yerə şəxsən baş çəkən “Fant Men News”un müxbiri R.Patrik yazırdı: “Heç nə Xocalıda bu dəhşətli cinayətə bəraət qazandıra bilməz”. Qeyd edək ki, Xocalı qətliamından əvvəl ermənilər Azərbaycanın bir çox yerlərində soyqırımı törətmişdilər.

Ulu öndər Heydər Əliyev Xocalı soyqırımına düzgün siyasi-hüquqi qiymət verərək yazırdı: “Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni faşist şovinistləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və qanlı səhifəsidir”.  

“Böyük Ermənistan” yaratmaq təbliğatçıları dünyanın hər yerində “əzabkeş”, “məzlum” qiyafəsinə bürünərək, öz çirkin əməllərini davam etdirir, Azərbaycana qarşı böhtan kampaniyası aparırlar. 200 ildən artıq müddətdə azərbaycanlılara qarşı soyqırımı siyasəti yeridən erməni quldurlarının qanlı cinayətlərini inkar edən Z.Balayan azərbaycanlıların 1988-ci ildə Sumqayıtda, Şuşada, Gəncədə, 1990-cı ilin yanvarında Bakıda ermənilərə qarşı soyqırımı təşkil etdiklərini iddia edir.

Əslində isə Azərbaycanın heç yerində erməni soyqırımı olmamışdır. Qırğınlar, terrorlar törədən ermənilərin özləri olmuşlar.

 Bu zəhərli qələm sahibinin uydurduğu qondarma faktların heç biri həqiqəti əks etdirmir. Gülüstan müqaviləsinin imzalanması ilə Azərbaycan torpaqlarında yerləşdirilən ermənilər ilk gündən deportasiya siyasəti aparıb azərbaycanlıları zorla ata-baba yurdlarından qovmağa başladılar.

1905-1907-ci illər inqilabı zamanı Daşnaksütyun partiyasının başçılığı, rusların himayəsi ilə ermənilər qətliam törətdilər, 10 mindən artıq soydaşımız qətlə yetirildi, on minlərlə adam qaçqın həyatı yaşamağa məcbur oldu.

Azərbaycanlıları məhv etməklə bu əraziləri erməniləşdirmək siyasəti yeridən qəddar S.Şaumyanın bolşevik-daşnak hökuməti 1918-ci ilin mart-iyun aylarında 70 mindən artıq soydaşımızı qətlə yetirib, 300-dən artıq kəndi qarət etdi, özü də vətəndaş müharibəsi pərdəsi altında. Qaçarkən Şaumyanın çemodanından tapılan 80 milyon manat pul Azərbaycan xalqının talan edilmiş əmlakı idi.

AXC-nin ən uğurlu tədbirlərindən biri 1918-ci ilin iyununda Fövqəladə İstintaq Komissiyası təşkil edərək Şaumyanın Azərbaycanda, erməni quldur generalları Andronik, Dro, Njde və digərlərinin Qərbi Azərbaycanda törətdikləri qırğın və qətliamları üzə çıxarması oldu. Həmin 3500 səhifəlik sənəd erməni cinayətlərini büsbütün təsdiqləyir.

Erməni soyqırımı və deportasiyasının növbəti mərhələsi 1920-ci ilin aprelində Sovet Rusiyasının Azərbaycanı işğal etməsindən sonra başlandı. Bu dəfə ermənilər Azərbaycana bolşevik libasında soxuldular. Bakı Komitəsinin o illərdəki rəhbərləri A.Mikoyan, Danilyan, Z.Mirzoyanın göstərişi ilə kütləvi terror tətbiq edildi, təkcə 1920-1921-ci illərdə 48 min soydaşımız qətlə yetirildi.

Ermənilər həmçinin Moskvanın əli ilə rəsmi torpaq qeydiyyatını saxtalaşdıraraq Azərbaycana məxsus torpaqların öz adlarına keçirilməsinə nail oldular. Cəmi 9 min kvadratkilometr ərazisi olan Ermənistanın ərazisi Azərbaycan torpaqları hesabına 29 min kvadratkilometrə çatdırıldı.

Sovet hakimiyyəti illərində başqa respublikalarla müqayisədə Azərbaycan daha çox ərazi itkisinə və soyqırımına məruz qaldı.

Erməni canilərinin xalqımıza qarşı fasiləsiz deportasiyaları və qətliamlarını inkar etməyə çalışan Z.Balayan M.Qorbaçovun köməyi ilə 1988-ci ildən tətbiq etdikləri ekspansiya siyasətini öz müqəddəratını həll etmək uğrunda mübarizə kimi qələmə verir.

1988-1994-cü illərdə ermənilər xalqımıza qarşı 29 dəfə kütləvi qətliamlar törədiblər. Bu illər ərzində 2 milyondan artıq azərbaycanlı ziyan çəkmişdir. Erməni vəhşilikləri Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra arxivlərin açılması nəticəsində üzə çıxdı. Pakistanlı professor Məsud Əxtar Şeyx düzgün göstərir: “Bir Allah bilir ki, erməni vəhşilikləri hansı həddə çatmışdı”.

Azərbaycanı “erməni soyqırımı”nda suçlamaq, erməniləri isə insanpərvər kimi təqdim etmək Balayan riyakarlığının və saxtakarlığının bariz ifadəsidir.

Ulu öndər Heydər Əliyevin həmin 1988-ci il sərəncamı, digər məqalə və çıxışları erməni şovinistlərin quldur əməllərini ifşa edən qiymətli sənədlərdir.

Erməni xislətinin, dələduzluqlarının şahidi olan İngiltərənin xarici işlər naziri Kerzon hələ 1920-ci ilin martında İngiltərə parlamentində demişdi: “Mənə elə gəlir ki, siz erməniləri 8 yaşında təmiz və məsum bir qız kimi zənn edirsiniz. Bu fikirdə çox yanılırsınız. Halbuki ermənilər özünün son vəhşi davranışları ilə nə qədər qan tökən bir xalq olmaqlarını qeyd-şərtsiz isbat etmişlər”.

Açıq məktubda başlıca məqsəd Azərbaycana qarşı erməni ekspansiyasına bəraət qazandırmaq, erməni canilərinin işğal etdikləri Azərbaycan torpaqlarını tərk etməməkdir. Bunun üçün 200 il öncə imzalanan Gülüstan-Türkmənçay müqavilələrinə əməl etməyi onu imzalayan dövlətlərin başçıları və hətta onların varisləri də gözləməlidirlər. Tarixin təkərlərini geri döndərən Rusiyanın bütün Qafqazda ağalığı tələbi qarşıya qoyulur. Bu yolla Rusiyanın “sadiq və güclü müttəfiqi olan” Ermənistanı mühasirədən xilas etmək olar. Qəribə məntiqdir, təhlükəli tələbdir, – deyilmi?

Tarixdə bir dövlətin başqa dövlət tərəfindən işğal edilməsi faktı olub. Lakin bu çağdaş günlərimizdə başqa dövlətin ərazisinin işğal edilməsi BMT Nizamnaməsinə ziddir, yolverilməz hal hesab olunur.

Milli-irqi nifrət və düşmənçilik yolunu tutan açıq məktubun müəllifi uydurduğu qondarma faktlarla öz məkrli və cinayətkar əməllərini Azərbaycan xalqının ünvanına tuşlamaq məqsədi güdür. “Qarabağ problemi-Rusiyanın problemidir”, – deyərək Rusiyanı işğalçı Ermənistana daha yaxından yardım etməyə, Azərbaycana və bütün türk dünyasına qarşı mübarizə aparmağa səsləyir.

Xəlil KÖÇƏRLİ,

 tarix elmləri doktoru,

 professor, əməkdar müəllim

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında