Heydər Əliyev hər birimizin qəlbində əbədi yaşayacaq

 

 

 

Yasamal  Rayonundakı Heydər Əliyev Mərkəzində ulu öndərin vəfatının  onuncu ildönümü ilə əlaqədar keçirilən anım mərasimi mərkəzin “Muzey” bölməsində yerləşən qüdrətli şəxsiyyətin büstü önünə gül dəstələri qoymaqla başlandı. Sonra mərasim iştirakçıları ümummilli liderin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Tədbiri açıq elan edən rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev qeyd etdi ki, bu gün ulu öndərin dünyasını dəyişməsindən 10 il vaxt keçir. Buna baxmayaraq o, hər bir azərbaycanlının qəlbində yaşayır və həyat durduqca da yaşayacaq. İ.Mehdiyev Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk illəri xatırladaraq dedi ki, 1969-cu ilin iyun ayında müdrik şəxsiyyət Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçildikdən sonra respublikamızın həyatında yeni mərhələ başlandı. Sərt sovet rejimində ulu  öndər milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunması istiqamətində qətiyyətli addımlar atdı. 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiyası hazırlanarkən respublikanın rəhbəri Heydər Əliyevin qətiyyəti sayəsində  Konstitusiyaya Azərbaycan SSR-də dövlət dilinin Azərbaycan dili olması barədə xüsusi maddə salındı. Nəticədə Konstitusiyada “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi təsbit olundu. Bundan sonra da azərbaycançılıq ideyasının təbliği sayəsində əhəmiyyətli işlər görülmüşdür.

İ.Mehdiyev diqqətə çatdırdı ki, Azərbaycan müstəqillik qazandıqdan sonra respublikada baş qaldıran anarxiya və xaos xalqı uçuruma, vətəndaş qarşıdurmasına aparırdı. Son anda yenə də ulu öndər Heydər Əliyev Azərbaycanı bu qarşıdurmadan, parçalanmadan xilas etdi. Xalqımız bugünkü firavan həyata görə Heydər Əliyevə borcludur. Başçı qeyd etdi ki, Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də Prezident İlham Əliyev kimi intellektual səviyyəli, yüksək  dövlət idarəçiliyinə malik bir siyasi xadimi yetirməsidir. Bu gün ölkəmiz məhz möhtərəm Prezidentimizin rəhbərliyi altında dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşulmaqdadır.

Sonra Milli Məclisin komitə sədri, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, filologiya elmləri doktoru, professor Nizami Cəfərov ulu öndərin xalqımız qarşısındakı xidmətlərindən söhbət açdı. Qeyd etdi ki, Heydər Əliyev zəngin tarix yaratmış liderdir. Onun haqqında hələ son söz deyilməyib. Ümumiyyətlə, belə dahilər haqqında son söz demək mümkün deyil. Onun azərbaycançılığı, Vətənə, xalqa, millətə qəlbən bağlılığı ölkəmizi bu günə yetirdi. N.Cəfərov dedi ki, yenidən hakimiyyətə gəlişindən sonra Heydər Əliyevin təəssübkeşliyi bütün parlaqlığı ilə özünü göstərdi. Ana dilinin dövlət dili statusu alması böyük şəxsiyyət Heydər Əliyevin xalq qarşısında ən böyük xidmətlərindən biridir. Ulu öndər bununla xalqımızı özünə qaytardı. Belə şəxsiyyətlər əbədi yaşayırlar.

Tədbirdə iştirak edən AMEA-nın Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru, professor Cəbi Bəhramov bildirdi ki, onun çalışdığı institutda ümummilli liderin həyat və fəaliyyətini tədqiq edən şöbə yaradılıb. Bu şöbə artıq iki ildir ki, tədqiqat işləri aparır və bunun nəticəsi olaraq iki cildlik kitab nəşr olunub. Professor qeyd etdi ki, Heydər Əliyev Kremldə yüksək vəzifədə çalışarkən də ürəyi Azərbaycan xalqı ilə döyünüb. Böyük Vətən müharibəsindən  çox sonra 14 azərbaycanlının Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülməsi məhz ulu öndərin xalqına, millətinə hədsiz məhəbbətlə bağlı olmasından irəli gəlir. Əlbəttə, bu, bizim qəhrəman oğullarımızın halal haqqı idi. Ancaq müəyyən səbəblər üzündən onlar öz haqlarını ala bilmirdilər. Ölkəyə ikinci dəfə rəhbərliyi dövründə müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edilməsi də ümummilli liderin xalqımız qarşısında unudulmaz xidmətlərindəndir. Azərbaycanın müstəqilliyinin qorunması və əbədiyyətə çevrilməsi ulu öndərin ən böyük xidmətlərindəndir. Böyük tarixi şəxsiyyət hər bir azərbaycanlının qəlbində əbədi heykəlini qoyub.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının əməkdaşı, xalq artisti Məleykə Əsədova və bədii qiraət ustası, republika müsabiqəsinin qalibi Zaur Zeynalov ulu öndərə həsr olunmuş seirlər səsləndirdilər.

Tədbirin sonunda ulu öndərə həsr olunmuş bədii kompozisiya nümayiş olundu.

Əliqismət BƏDƏLOV,

 “Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında