Dövlət İdarəçilik Akademiyasında Yeni Azərbaycan Partiyasının yaranmasının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

 

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Yeni Azərbaycan Partiyasının yaranmasının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, YAP Səbail rayon təşkilatının sədri, professor Zahid Qaralov, YAP ərazi təşkilatının sədri Tahir Bədəlov və digərləri  Azərbaycanın dövlət müstəqilliyini itirmək və parçalanmaq təhlükəsi ilə qarşı-qarşıya qaldığı bir dövrdə xalqın öz xilaskarı ulu öndər Heydər Əliyevə üz tutduğunu diqqətə çatdırmışlar.

Tədbirdə qeyd edilmişdir ki, YAP-ın yaranması, ulu öndər Heydər Əliyevin bu partiyaya sədr seçilməsi insanların gələcəyə olan ümidini möhkəmləndirdi. Bu gün ölkənin ən böyük və mütəşəkkil siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası qələbələr partiyasıdır və gənc nəsil partiyanın sədri, Prezident İlham Əliyevin apardığı siyasi kursu birmənalı şəkildə dəstəkləyir. Onlar əminliklə vurğulamışlar ki, YAP bundan sonra da yeni-yeni uğurlara imza atacaq, öz gücünü və qüdrətini nümayiş etdirəcəkdir.

Yeni Azərbaycan Partiyasına həsr edilmiş videoçarx nümayiş etdirilmiş və fəal üzvlər fəxri fərmanlarla mükafatlandırılmışlar.

Ə.BƏDƏLOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında