Rüstəm Məmməd İbrahimoviçin dublyoru, hər zaman vətənpərvərlikdən dəm vuran Cəmil Həsənli Dağlıq Qarabağı “mübahisəli ərazi” adlandırıb

 

Radikal müxalifətin  istənilən seçkidə böyük  fərqlə  məğlub olmasının əsas səbəbi milli  mənafeyimizdən üz döndərməsidir. “Milli Şura”nın ermənipərəst dairələrin ideyası əsasında yaradıldığı və bu qondarma qurumun konsepsiyasının ana xəttinin erməni lobbisinin sifarişini yerinə yetirməkdən ibarət olduğu barədə dəfələrlə yazmışdıq. Radikal müxalifət nümayəndələri isə xalqı inandırmağa çalışırdı ki, onlar “Milli Şura”nı yaratmaqla, guya, ölkədə demokratik qüvvələri birləşdirməyə  çalışırlar. Hakimiyyətə gəldikdən sonra insanları yağ - bal içərisində yaşadacaqlar. Əslində, xalq 20 ildir ki, radikal müxalifətin belə yalan vədlərini, pafoslu çıxışlarını, düşünmədən danışmalarını  eşidir, reallıqdan çox - çox uzaq olan vədlərin şahidi olur.

Qondarma qurumun sədri, ermənipərəst mövqeyini açıq şəkildə bəyan edən kinorejissor Rüstəm Məmməd İbrahimoviçin dediklərindən bir daha aydın olur ki, bu qurum sırf erməni lobbisinin tapşırıqlarını yerinə yetirəcək. İcraçılar isə çirkli pullardan ötrü  Vətəni satmağa hazır olan, simaları hamıya bəlli olan antimilli dairələrdir. Xarici informasiya agentliklərinə müsahibə verərkən Cəmil Həsənli Qarabağ məsələsi ilə bağlı sualları cavablandıraraq ermənilərə olan sevgisi naminə, hətta bütün dünyanın Azərbaycanın ərazisi kimi tanıdığı Qarabağı mübahisəli ərazi adlandırmışdır.

Rüstəm İbrahimbəyovun bu il aprelin 4-də  Rusiyanın “Rosbalt.ru” agentliyinə verdiyi müsahibədəki bəzi fikirləri bir daha xatırlatmaq istərdik. Müxalifətin prezidentliyə ilk vahid namizədi olmuş Rüstəm İbrahimbəyov həmin müsahibəsində demişdir:" “Ermənistanda hesab edirlər ki, Qarabağ onların torpağıdır, bizsə hesb edirik ki, bizim. Bu məsələ müzakirələrin, danışıqların, elmi araşdırmaların predmetidir”.

 Hələ o vaxt “Milli Şura”nın sədri və prezidentliyə vahid namizədinin bu fikirləri ictimaiyyət tərəfindən ciddi narazılıqla qarşılanmış və ictimai rəydə böyük hiddət, etiraz yaratmışdı. R. İbrahimbəyov o zaman müxtəlif bəhanələrlə  özünə bəraət qazandırmağa çalışsa da, buna nail ola bilmədi. O, bu sərsəm və cəfəng  bəyanatını təkzib və inkar etmək üçün min oyuna girdi, ancaq son anda yenə də ermənilərə olan sevgisini ört - basdır edə bilmədi. Çünki  ermənipərəst kinorejissor  həmin bəyanatında Azərbaycanın ərazi bütövlüyünü faktiki olaraq şübhə altına almışdı.

R.İbrahimbəyov yaxşı bilirdi ki, bu bəyanatından sonra heç kim ona səs verməyəcək. Hətta o, bu biabırçılıqdan sonra Azərbaycana gəlməyə cürət etmədi. Yaxşı bilirdi ki, Azərbaycanda onu necə, hansı “təmtəraqla” qarşılayacaqlar. Ona görə də prezidentliyə namizədlik “rolunu” Cəmil Həsənliyə ötürdü. Daha dəqiq desək, professor onun dublyoru oldu və Rüstəm İbrahimbəyovun sifarişlərini, özü də ermənilərə sədaqətli olmaq sifarişini yerinə yetirdi.  Azərbaycanda prezident seşkiləri keçirilən bir vaxtda, özü də  seçkiyə bir gün qalmış - İbrahimbəyovun dublyoru olan professor öz xələfinin “Qarabağ konsepsiyasına” sadiq qaldığını nümayiş etdirdi. Bu sadiqliyini erməni lobbisinə sübut etmək üçün Britaniyanın aparıcı “Guardian” qəzetinə məqalədə göstərdi.  Onu da qeyd edək ki, “Guardian” qəzeti Azərbaycandakı preizdent seçkiləri ərəfəsində bir gün ərzində iki məqalə dərc edib. Görünür, bu da ermənipərəst dairələrin seçki ərəfəsində ölkəmizdə qarışıqlıq salmaq üçün qabaqcadan düşünülmüş planıdır. Təəssüflər olsun ki, bu ideyanın müəllifləri yenə də yanılırlar. Çünki, Azərbaycan seçicisi belə qərəzli və cəfəngiyyatla dolu olan məqalələrə fikir vermədən öz seçimini etdi və bununla da ermənipərəst dairələrə milli mənliyimizi, mətanətimizi və sədaqətimizi bir daha sübut etdi.

 İndi isə “Milli Şura”nın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin siyasi mübarizə  taktikasına diqqət yetirək. Azərbaycan seçicilərinə radikal müxalifətin seçkiqabağı “mübarizəsi” çox yaxşı bəllidir. Bu “mübarizə” 800 - 900 nəfərdən ibarət üzüdönük adamlarla bir neçə dəfə toplantı keçirmək və prezidentliyə namizədlərə verilmiş pulsuz efir vaxtından istifadə edərək konkret ünvanlara böhtan, təhqir və iftira yağdırmaqdan ibarət oldu. Əslində, bu müxaliflərin mübarizə yox, böhtan kampaniyası idi.

Cəmil Həsənlinin “Guardian”da dərc olunan  məqaləsi radikal müxalifətin aldığı qrantların “məhsuludur”. C.Həsənlinin  həmin məqaləsində  çoxdan çeynənmiş mövzular, radikal müxalifətin ən çox sevdiyi və əzbərlədiyi, 20 ildir ki, tutuquşu kimi təkrarladığı sözlər - sosial ədalətsizlik, korrupsiya ilə mübarizə, söz və mətbuat azadlığının boğulması kimi cəfəng fikirlər yer alıb. Bununla yanaşı, müxalifətin prezidentliyə namizədi prezident seçilərsə, Qarabağ münaqişəsinin aradan qaldırılması məsələsinə də münasibət bildirib. Onu da qeyd edək ki, C.Həsənli seçkiqabağı çıxışlarında Qarabağ probleminin aradan qaldırılması məsələsinə bir dəfə də olsun toxunmamışdı. Əvvəla, başı digər prezidentliyə namizəd, ondan qat - qat güclü və nüfuzlu olan dövlət başçısına böhtan atmağa qarışmışdı. Digər tərəfdən isə, sən demə, özünün daxili xisləti var imiş və bu xisləti seçkiyə bir gün qalmış açacaqmış.

C.Həsənli Bakıda oktybarın 7-də keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən Qarabağ məsələsinin həlli yollarını necə görməsinə dair suala cavab verərkən deyib: “Əgər bu hakimiyyət Qarabağ problemini 20 illik idarəçiliyi dövründə həll edə bilmədisə, mən onu öz hakimiyyətimin ilk iki ilində necə həll edim?” Demək, müxalifətin prezidentliyə namizədi bu məsələni ermənilərə sərf edən şəkildə “həll edəcəyini” üstüörtülü şəkildə diqqətə çatdırdı. Bir gün sonra isə “Guardian” qəzetində dərc etdirdiyi məqalədə bunu açıq şəkildə bəyan etdi. O, həmin məqaləsində Azərbaycanı Ermənistanla açıq sülh prosesinə qoşulmağa çağırıb. Müxalifətin vahid namizədi məqaləsinin  növbəti abzasında Dağlıq Qarabağı nə az, nə çox - birbaşa “ mübahisəli ərazi” adlandırır.

C. Həsənli Dağlıq Qarabağı “mübahisəli ərazi” adlandırmaqla Azərbaycanın ərazi bütövlüyü ideyasının özünü şübhə altına alır. Az qala, bütün dünyanın Azərbaycanın ərazi bütövlüyünü tanımasını elan etdiyi və buna  hörmətlə yanaşmasını bəyan etdiyi bir vaxtda Cəmil Həsənli buna şübhə ilə yanaşdığını gizlətmir. Onu da diqqətə çatdıraq ki, bu yazı müsahibə deyil, professorun özü tərəfindən qələmə alınmış məqaləsidir. Bu da ermənilərə olan hüsn - rəğbətin, sədaqətin bariz nümunəsi. Belə xəyanətkar mövqe tutan prezidentliyə namizədə hansı azərbaycanlı səs verərdi? Hələ prezidentliyə namizədliyi dövründə torpaqlarımızı ermənilərə bəxş edən C.Həsənli Allah göstərməsin,  prezident seçilsəydi, bu xalqın sabahını nələr gözləyərdi? Bu idimi “Milli Şura”nın Qarabağ konsepsiyası?!

 Görəsən, Cəmil Həsənli  Dağlıq  Qarabağı Azərbaycandan ayırmaq iddiasını ortalığa qoyandan sonra, ölkəmizin ayrılmaz tərkib hissəsi olan  Dağlıq Qarabağı “mübahisəli ərazi” hesab etdikdən sonra bu xalqın qarşısına hansı üzlə çıxacaq?

 

 Əliqismət BƏDƏLOV,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında