“Əhalinin bütün təbəqələrinin və ictimai qüvvələrin ölkə rəhbərliyi ətrafında birləşməsi düşmənlərə qarşı mübarizədə ən güclü silahdır”

 

Misirin tanınmış yazıçı, jurnalist və Asiya məsələləri sahəsində tədqiqatçısı Əhməd Əbdü Tarabek ölkənin ən oxunaqlı gündəlik qəzetlərindən biri olan “Əl-Məsriyun” qəzetinin səhifələrində bu il oktyabrın 9-da Azərbaycanda keçirilmiş ədalətli və demokratik prezident seçkiləri barədə öz mülahizələrini bölüşmüşdür.

Jurnalist yazır: “Bu gün Azərbaycanda mövcud olan demokratiya və azadlıq ölkənin əsası hələ 1918-ci ildə Şərqdə ilk Azərbaycan Xalq Cümhuriyyəti yaradılarkən qoyulmuş demokratik ənənəsinin davamıdır. Çoxsaylı beynəlxalq və yerli müşahidəçilərin də yəqin etdikləri kimi, seçkilərdə Prezident İlham Əliyevin rəqibləri üzərində böyük fərqlə qəti qələbə çalması son illər onun səmərəli fəaliyyəti nəticəsində bütün ölkə vətəndaşlarının həyatına müsbət təsir göstərmiş heyrətamiz uğurlarının parlaq ifadəsi olmuşdur”.

Ə.Tarabek “Demokratiya və ölkələrin suverenliyi” adlı geniş analitik məqaləsində qeyd edir ki, Azərbaycanın iqtisadi və siyasi müvəffəqiyyətləri dövlət başçısının bütün sahələrdə səmərəli fəaliyyəti ilə bağlıdır. Müəllifin fikrincə, Azərbaycanda iqtisadi yüksəliş neft-qaz bölməsindən əldə edilmiş gəlirləri iqtisadiyyatın həyatı təmin edən sahələrinə düzgün yönəltməyi bacarmış, bütün sahələrdə, o cümlədən kənd təsərrüfatı, resursların hasilatı, sənaye, turizm, informasiya texnologiyaları və digər sahələrdə sabit və möhkəm iqtisadi baza yaratmış dövlət başçısının müdrik siyasəti sayəsində əldə edilmişdir.

Ə.Tarabek, həmçinin Azərbaycanın qazandığı sosial-iqtisadi nailiyyətlər - ölkənin həyatında keyfiyyət və kəmiyyət dəyişikliklərini nümayiş etdirən nailiyyətlər barədə ətraflı statistik məlumatlar göstərir. Məqalədə xüsusi vurğulanır ki, hazırda Azərbaycanın valyuta ehtiyatları 48 milyard avrodan çoxdur ki, bunun da təqribən 20 milyard avrosu iqtisadiyyatın qeyri-neft sektoruna yönəldilmişdir, ölkədə işsizlik 5 faizdən yüksək deyildir, Azərbaycan investor ölkəyə çevrilmişdir, ilk “Azerspace 1” peykini buraxmaqla kosmik dövlət olmuşdur. Son 10 ildə Azərbaycan səhiyyə, təhsil, turizm, gənclər sahəsində və başqa sahələrdə xidmətlərin keyfiyyətinin yüksəldilməsində böyük nəticələr əldə etmişdir.

Yekun hissədə Əhməd Əbdü Tarabek yazır ki, bu ilin 18 oktyabr tarixi - Azərbaycanın öz tarixinin şanlı səhifələrindən biri olan suverenlik və milli müstəqilliyin qazanılması günü çox mühüm hadisə ilə - İlham Əliyevin üçüncü müddətə Prezident seçilməsi ilə eyni vaxta təsadüf etmişdir. Görkəmli yazıçı Əhməd Əbdü Tarabek yazır: “Düşünürəm ki, bu mərhələdə Azərbaycan rəhbərliyi və Azərbaycan xalqı əlbir olmalı və erməni işğalı altında qalmış torpaqların geri qaytarılması naminə daha çox səy göstərməlidirlər. Yekdillik, əhalinin bütün təbəqələrinin və ictimai qüvvələrin ölkə rəhbərliyi ətrafında birləşməsi tələb olunur, çünki bu, Azərbaycanda sabitliyi, suverenliyi və azadlığı sarsıtmağa cəhd göstərən xarici düşmənlərlə mübarizədə ən güclü silahdır”.

Asya HACIZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Əmman 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında